Ordubad florası

Hələ 1977-ci ildə "qoruq şəhəri" elan edilmiş, tarixi memarlıq abidələri və təbiət mənzərələri ilə zəngin olan Ordubad rayonu ərazisində akademik Həsən Əliyev adına Milli Parkın yaradılması əhalinin istirahətinin təmin olunması və ekoturizmin inkişaf etdirilməsinə geniş imkan açmışdır. 
Dəniz səviyyəsindən 3900 metr yüksəklikdə yerləşən Milli Parkın ərazisində qayalıq, yüksək dağlıq sahələrə xas olan alp çəmənlikləri, bitkilər, bir çox nadir heyvan növləri Azərbaycan Respublikasının "Qırmızı kitab"ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı siyahı"sına daxil edilmişdir.
Naxçıvan Muxtar Respublikasının ərazisində 118 fəsiləyə daxil olan 2900-dən artıq bitki növünün əksəriyyəti bu parkın ərazisində yayılmışdır. Onlardan 77 növü isə nadir bitkilərə aiddir. 
Milli Parkın ərazisi flora və fauna ilə yanaşı, tarixi memarlıq və təbiət abidələri ilə də zəngindir. Burada "Qaranquş yaylağı", "Göygöl", "Kilid mağarası", "Gəmiqaya" kimi təbii abidələr, "Gilan türbəsi", "Dər türbəsi", "Dırnış məscidi" tarixi memarlıq abidələri də dövlət səviyyəsində mühafizə olunur.

Arazboyu düzənliklər və qismən alçaq dağlıq sahələr (600–1200m) səhra və yarımsəhra bitkiləri, orta dağlıq sahələr dağ-kserofit bitkilər, yüksək dağlıq sahələr subalp və alp çəmənləri ilə örtülüdür.

Ordubad ərazisində bitən nadir bitkilər aşağıdakılardır:

Qarabağ dağlaləsi (lat. Tulipa karabachensis) — Ordubadın dağ ətəylərində
Qaraquş zəngçiçəyi (lat. Campanulaceae) — Zəngçiçəklilər fəsiləsindən olan mürəkkəb rəngli dağ çiçəyidir. Orubadın çəmənliklərində yayılmışdır.
Güləbətin (lat. Pulsatilla) — Qaymaqçiçəklilər fəsiləsindən olan çoxillik ot bitkisidir. Ordubadın "Göygöl" ərazilərində yayılmışdır.
Tıs-tıs (lat. Acantholimon) — Ən çox Ordubadın uca dağlarında bitir.
Komarov şaqqıldağı (lat. Colutea komarovii) — Elmdə ilk dəfə rus botaniki Komarov tərəfindən öyrənilmiş kol bitkisinin boz yaşıl çiçəkləri vardır. Ordubadın dağ yamaclarında daha çox yayılmışdır.
Çox rəngli dağlaləsi (lat. Tulipa) — Zanbaqçiçəklilər fəsiləsindən olan çoxillik ot bitkisidir. Ləçəkləri ağ-narıncı rəngdə olub otlaqlarda yayılmışdır. Muxtar Respublikanın bütün rayonlarında dağ və təpəlik çəmənliklərində rast gəlinir.
Kirpiyə bənzər tıs-tıs (lat. Echinopsilon E.) — Sıx xırda çiçəklərlə əhatə olunmuş bitki, sanki kirpiyə oxşayaraq tikanlıdır. Muxtar Respublikanın əksər rayonlarında dağ yamaclarında yayılmışdır.
Gəvən (lat. Astragalus) — Paxlalılar fəsiləsindən olan çoxillik tikanlı bitkidir. Muxtar Respublikanın Ordubadın yüksək dağ yamaclarında (quzeylərdə) yayılmışdır.
Çaytikanı (lat. Hippophae) — İydə fəsiləsindən olan kol bitkisi. Çaytikanı kol bitkisinə əsasən Muxtar Respublikasının Ordubad və rayonundakı çay kənarlarında rast gəlinir.
Boymadərən (lat. Althaea) — Mürəkkəbçiçəklilər fəsiləsindən olan çoxillik ot bitkisidir. Naxçıvan MR-da bütün rayonlarında çəmən və çay sahillərində yayılmışdır.
Gülxətmi (lat. Althaea) — Muxtar Respublikanın bütün rayonlarında dağ-çəmən və düzənliklərdə xüsusən çay kənarı kolluqlarda yayılmışdır.
Kəklikotu (lat. Thymus) — Dodaqçiçəklilər fəsiləsindən olan ədviyyat bitkisinin vətəni Qafqaz dağlarıdır. Naxçıvan MR-da kəklikotu bitkisi əsasən Ordubad rayonundakı "Göygöl" ətrafındakı güneylərdə ətirli növü yayılmışdır.
Dağnanəsi (lat. Ziziphora) — Dodaqçiçəklilər fəsiləsindən olan ədviyyat bitkisidir.  Azərbaycanda nanənin beş növü o cümlədən Naxçıvan MR-da rayonlarında dağ ətəyi çay sahilllərində iki növü yayılmışdır.
Zirinc (lat. Berberis) — Zirinckimilər fəsiləsindən olan kol bitkisi. Yer üzündə 175 növü vardır ki, Azərbaycanda 6 növündən 4-ü Naxçıvanda yayılmışdır. Naxçıvan MR-da Ordubadın dağ ətəyi kolluqlarda daha çox yayılmışdır.
Dovşanalması (lat. Cotoneaster) — Muxtar Respublikanın Ordubad rayonunda kolluqlarda yayılmışdır.
Yemişan (lat. Crataegus) — Gülçiçəklilər fəsiləsindən olan kol bitkisinin vətəni Amerikadır. Muxtar Respublikanın Ordubadın dağ ətəyi kolluqlarda yayılmışdır.
Dağdağan (lat. Celtis) — El arasında bəzən bu kol-ağaca "müqəddəs daş ağacı" da deyərlər. Qaraağackimilər fəsiləsindən olan bitkinin yarpaqları payızda tökülür, gövdəsinin hündürlüyü 3 metrdən artıq olur. Naxçıvan MR-da yalnız Ordubad və Culfa rayonlarındakı dağ yamaclarında seyrək bitmişdir.
İnnab (lat. Ziziphus) — Murdarçakimilər fəsiləsindən kol-ağac bitkisidir. Ordubadda daha çox yayılmışdır.
Sumaq (lat. Rhus) — Hündür kol-ağac bitkisi olmaqla vətəni Kiçik Qafqaz (Ordubad) və Abşeron yarımadasındakı Qobustanda yayılmışdır. Naxçıvan MR-da Ordubad rayonu ərazilərindəki dağ ətəylərində yayılmışdır.
Ardıc (lat. Juniperus) — Sərvkimilər fəsiləsindən olan həmişəyaşıl ağac-koldur. Ordubadın dağ ətəylərində geniş yayılmışdır.[6]
Bənövşə (lat. Viola) — İkiləpəlilər sinfindən olan çoxillik ot bitkisi dağ zirvələrində rast gəlinir.
Baldırğan (lat. Heracleum) — Çətirçiçəklilər fəsiləsindən olan çoxillik ot bitkisidir. Baldırğanın Azərbaycanda 8 növü, Naxçıvan Muxtar Respublikası|Naxçıvan MR-da isə 2 növü yayılmışdır. Ordubadın geniş yayılmışdır.
Qafqaz xurması (xirnik), (lat. Diospyros lotus) — Ebenakimilər – Ebena fəsiləsindən olan subtropik çoxillik bitki növü. Bitki −25 Cº şaxtaya dözdüyü ümün Naxçıvan Muxtar Respublikasının iqliminə dözümlüdür. Son illərdə Astaradan gətirilmiş tinglərlə həvəskar bağbanlar tərəfindən Ordubad meyvə bağlarında əkib-becərilir.
Dərman bitkiləri

Sarılıqotu (lat. Erysimum), Quşəppəyi (lat. Capsella), Jenşen (lat. Panax ginseng), Atpıtrağı (lat. Arctium)
Zəhərli bitkilər

Azərbaycanda (o cümlədən də Muxtar Respublikada) otlaq sahələrdə 300-dən artıq zəhərli bitki növləri yayılmışdır ki, onlardan güclü təsirli, zəhərli bitkilər aşağıdakılardır;

İtboğan (lat. Colchicum)
Xaş-xaş (Papaver somniferum)
Qaymaqçiçəyi (lat. Ranunculus)
Çöl qərənfili (Agrostemma Githago)
Canavar gözü (Daphne mezereum)
Küstüşam (lat. Bryonia)
Bat-bat (lat. Hyoscyamus)
Qaraçöhrə (lat. Taxus)
Dəlibəng (lat. Datura)
10) Kəpənək çiçək (lat. Aconitum) Muxtar Respublika ərazilərində zəif təsirli zəhərli bitkilər də, vardır ki, onlar öldürgən, acılıq, qatırquyruğu, kəkrə, çobanyastığı, cil, acı yonca, qızıl sarmaşıq (küc), yapışqan otu, mahmız çiçək, ayı döşəyi, süddüyən, acı biyan, süsən, lalə, üzərlik, birə otu, qaytarma, asırqal, həlməd, dəmirtikan, xaçgülü, ardıc, sarı kol, kərməşov, şümşad və.s göstərmək olar