Prespektivimiz

- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin adının əbədiləşdirilməsi məqsədilə Ordubad rayonunda “Memorial-Xatirə Kompleksi”nin inşası ilə bağlı verilən təşəbbüsün təşviq edilməsi.

- Xarici ölkələrdə yaşayan əslən Ordubad rayonundan olan həmvətənlərimiz ilə bağlı şəbəkənin qurulması.

- Ordubad rayonu ilə əlaqəsi olan iş adamları birliyinin yaradılması.

- Xeyriyyəçilik institutları ilə qarşılıqlı fəaliyyətə dair Anlaşma Memorondumunun imzalanması.

- Ordubad rayon məktəbliləri arasında həvəsləndirici rəsm və yazı müsabiqələrin təşkil edilməsi.

- Ordubad rayonuna həsr olunan müvafiq yaradıcılıq sərgilərinin dəstəklənməsi.

- Ordubad rayonunda N.Tusi parkının salınması və burada büstünün qoyulması.

- Novruz şənliyi və Zəfər günü tədbirlərinin yüksək səviyyədə keçirilməsi.