Baxışımız

Bu il ərzində Cəmiyyətin yeni strukturu formalaşdırılmalı, işlək mexanizm qurulmalı və maliyyələşmə mənbələri dəqiqləşdirilməlidir.

  1. Cəmiyyətin rəsmi saytının yaradılması;
  2. Ordubaddan olan Şəhidlər haqqında kitabın hazırlanması;
  3. Akademik Rəhim Rəhimovun 100 illik yubileyi ilə bağlı “Bir Bütöv İnsan Tablosu” adlı silsilə tədbirlərin keçirilməsi;
  4. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Ordubad Azərbaycanın İncisidir” mövzusunda dəyirmi masanın təşkil edilməsi.
  5. Ordubad şəhərinin tarixi mərkəzində yerləşən XVIII əsrə aid tarixi mədrəsə binasının bərpasına dair müvafiq işlərin görülməsi (Heydər Əliyev Fonduna müraciət).
  6. Ordubad şəhərində Şəxsiyyətlər parkının yaradılması məsələsinin aydiyyəti üzrə həll olunması;
  7. AMEA Əlyazmalar İnstitutu ilə birgə universal şəxsiyyət - görkəmli azərbaycanlı filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas, dövlət xadimi Nəsirəddin Tusinin həyat fəaliyyətinə aid elmi-praktiki konfransın keçirilməsi.
  8. Ordubad ərazisində tikilən mərasim evlərinə dəstəyin verilməsi.
  9. 2023/2024-cü tədris ilində Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər ilə görüşün keçirilməsi.
  10. Aztəminatlı ailələrdən olan tələbələrə müəyyən yardımların göstərilməsi.