AZƏRBAYCANIMIZIN BİR İNCİSİ

AZƏRBAYCANIMIZIN BİR İNCİSİ

“Tusi” Xeyriyyə Cəmiyyəti “Ordubad - AzərbayCANIMIZIN BirİNCİSİ” adlı yeni layihəyə start verib.

Layihə Ordubad 2 (iki) mərhələdən ibarət (ziyalılarımız və şəhidlərimiz) layihə bütövlükdə Vətənimiz Azərbaycanı əhatə edir.

Fəxrlərimiz olan adlı-sanlı, seçilmiş həmyerlilərimiz haqqında foto-məlumatlar veriləcəkdir.

Layihənin məqsədi əslən Ordubaddan olan şəxsiyyətlərimizi, şəhidlərimizi, fəxrlərimizi tanıtmaq və onları təbliğ etməkdir.

Layihənin hədəfi sayılıb-seçilən Ordubadlıları yeni və gələcək nəsillərə örnək kimi təqdim etməkdir.

Xahiş edirik ki, müvafiq bilgi, tövsiyə və təkliflərinizi bizimlə bölüşəsiniz.

Qeyd: 
Birinci Fəxri Xiyabanda 8 (səkkiz) şəxsiyyətimiz uyuyur ki, bu da say etibarilə regionlar arasında sanbalı göstərir və məsuliyyət aşılayır.

Ümumilikdə, bütün şəxsiyyətlərimizin büstünün doğma Ordubadda qoyulması üçün addımlarımız davam etdirilir. 

“Tusi” Xeyriyyə Cəmiyyəti