Gündəlik

...
Ordubadda Novruz bayramı müxtəlifliyi və rəngarəngliyi ilə seçilir

Novruz bayramı müstəqil Azərbaycan dövlətinin rəsmi bayramları sırasına daxil olmuşdur. Sevindirici haldır ki, doğma xalqımızın ən qədim adət-ənənələrini, milli-mənəvi dəyərlərini özündə yaşadan müqəddəs Novruz bayramı milli təfəkkürümüzün ayrılmaz hissəsinə çevrilmişdir. Bu milli mərasim Azərbaycanın hər bir bölgəsində özünəməxsus şəkildə qeyd olunur. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda keçirilən Novruz bayramı mərasimində xalqın həyat tərzi, məişəti, güzəranı, arzu və düşüncəsi, inamı, bir sözlə, dünyaya baxışı öz əksini tapır.

Yazının tamamı üçün : Klik edin

...
Naxçıvanda ilk Tarix-Etnoqrafiya Muzeyinin yaradıcısı Ordubadlı kimdir?

AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.

Yazının tamamı üçün : klik edin.

...
Birinci Qarabağ müharibəsi

Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.

İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.

...
‎”TUSİ” ORDUBAD Cəmiyyəti

‎”TUSİ” ORDUBAD Cəmiyyətinin Watcap Qrupuna qoşulmaq üçün daxil olun 

Watcap Qrupu


...
Üç rəngli bayrağımızın günüdür!

Üç rəngli bayrağımızın günüdür!

...
ORDUBAD - MƏNBƏLƏR və FORMALAŞMASI KİTABI ÇAPDAN ÇIXIB

“Ordubad – mənbələr və formalaşması” monoqrafiyası Ordubad qoruq ərazisinin tarix-mədəniyyət abidələrinin konfiqurasiyasından, eləcə də tikinti, şəhərsalma və arxitekturasından bəhs edən müfəssəl elmi-tədqiqat işidir.

Kitabda Ordubad şəhərinin memarlıq-planlaşdırma xüsusiyyətləri, şəhər mərkəzinin inkişafı, yaşayış məhlələrinin, mülki qurğularının memarlığı, mühəndis kommunikasiya sistemlərinin quruluşu araşdırılmış və öyrənilmişdir.

Yeni redaktədəki nəşrdə Azərbaycan Respublikası Prezidentinin “Ordubad” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamı və Nazirlər Kabinetinin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinin xüsusi rejimi”nə dair Qərarı yer almışdır.

İlk dəfə ruscadan Azərbaycan dilinə tərcümə olunan Ordubadın tarixi-memarlıq abidələri haqqında belə hərtərəfli qaynaq müasir dövrdə də elmi və dövlət müəssisələri, o cümlədən yeni mərhələ və nəsil üçün zəngin məlumat bazası – informasiya mənbəyidir.

Akademik çap Ordubad rayonunun Baş planının təkmil işlənilib-hazırlanmasında dəyərli mənbə ola və bu işə töhfə verə bilər.

Kitab geniş oxucu kütləsi, ali məktəb müəllimləri və tələbələri, habelə memarlar, planlaşdırma və tikinti təşkilatları üçün nəzərdə tutulmuşdur.

Kitab ödənişsizdir - pulsuz paylanılır.
Əldə etmək istəyənlər, “Tusi” Xeyriyyə Cəmiyyətinə (WhatsApp nömrəsi: +99470 269-1991) müraciət edə bilərlər.

...
AZƏRBAYCANIMIZIN BİR İNCİSİ

“Tusi” Xeyriyyə Cəmiyyəti “Ordubad - AzərbayCANIMIZIN BirİNCİSİ” adlı yeni layihəyə start verib.

Layihə Ordubad 2 (iki) mərhələdən ibarət (ziyalılarımız və şəhidlərimiz) layihə bütövlükdə Vətənimiz Azərbaycanı əhatə edir.

Fəxrlərimiz olan adlı-sanlı, seçilmiş həmyerlilərimiz haqqında foto-məlumatlar veriləcəkdir.

Layihənin məqsədi əslən Ordubaddan olan şəxsiyyətlərimizi, şəhidlərimizi, fəxrlərimizi tanıtmaq və onları təbliğ etməkdir.

Layihənin hədəfi sayılıb-seçilən Ordubadlıları yeni və gələcək nəsillərə örnək kimi təqdim etməkdir.

Xahiş edirik ki, müvafiq bilgi, tövsiyə və təkliflərinizi bizimlə bölüşəsiniz.

Qeyd: 
Birinci Fəxri Xiyabanda 8 (səkkiz) şəxsiyyətimiz uyuyur ki, bu da say etibarilə regionlar arasında sanbalı göstərir və məsuliyyət aşılayır.

Ümumilikdə, bütün şəxsiyyətlərimizin büstünün doğma Ordubadda qoyulması üçün addımlarımız davam etdirilir. 

“Tusi” Xeyriyyə Cəmiyyəti

...
“Tusi” Xeyriyyə Cəmiyyəti İdarə Heyətinin salamlama nitqi - XOŞGƏLDİNİ

“Tusi” Xeyriyyə Cəmiyyəti İdarə Heyətinin salamlama nitqi - XOŞGƏLDİNİ