Xeyriyyəçilik

Xeyriyyəçilik (philanthropy) - Filantrop (yunanca: φιλέω, "sevmək" və yunanca: ἄνθρωπος, "insan" sözlərindən götürülüb) - ehtiyacı olanlara kömək məqsədilə fəaliyyət göstərən insanlara deyilir.
– Fiziki şəxs və (və ya) xeyriyyə təşkilatı tərəfindən həyata keçirilən, maddi və ya digər yardıma ehtiyacı olan fiziki şəxslərə və ya bilavasitə bu cür yardım göstərən təşkilatlara, o cümlədən xeyriyyə təşkilatlarına, birbaşa bu cür təmənnasız yardım göstərməkdən, o cümlədən əvəzsiz pul köçürməkdən ibarət olan fəaliyyət, yaxud, ictimai mənafelər naminə həyata keçirilən elmi, təhsil və ya başqa fəaliyyətdir.

 Aşağıdakı hallarda yardım göstərilməsi xeyriyyəçilik fəaliyyəti sayılmır:

1.Bu cür yardımı alan şəxs yardımı göstərən şəxsin qarşısında mülkiyyət və ya qeyri-mülkiyyət xarakterli öhdəlik (alınan vəsaitdən və ya əmlakdan məqsədli təyinatla istifadə olunmasına dair öhdəlikdən başqa) qəbul edirsə;

2.Bu cür yardımı alan və yardımı göstərən şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlarsa;

3.Bu cür yardım hər hansı fiziki və ya hüquqi şəxsə seçki kampaniyasında iştirak etmək üçün göstərilirsə.


Xeyriyyə təşkilatı, xeyriyyəçilik fəaliyyətini həyata keçirən qeyri-kommersiya təşkilatı.
Azərbaycanda ən parlaq nümayəndəsi Hacı Zeynalabdin Tağıyev, Ordubadda isə Balabəy Əlixanov (Ordubadski) 
hesab olunurlar.