Ordubadda Xanbəzəmə hekayəsi

Ordubadda Xanbəzəmə hekayəsi

Ordubadın qədim məhəllələrindən biri olan Sərşəhərdə Novruz bayramıdı. Çinarda xana taxt-tac düzəldərdilər. Camaat yallı gedərdi. Bizdə yumurta oynayıb, xana baxardıq. Səhv etmirəmsə ya 1977, ya da 1978-ci ildi.

Bizim vaxtlarda şənlik ancaq Sərşəhər meydanında olurdu. Məscidin yanına, yəni meydanın girəcəyinə xonça qoyardılar. Zurna-balaban mütıəq olurdu. Gedən-gələn şirinlik götürüb pul atardı.  Onu da tədbirin sonunda çalanlara və xana verərdilər. Xan isə ən kasıb adamı seçib qoyardılar.

Xana şərt qoyardılar ki, nə olur olsun gülməməlidi. Meydanda onu güldürmək üçün min hoqqadan çıxardılar. 1-2 dəfə olub ki, xan gülüb, onda çinarın arxasında çeşmə vardı. Gülən xanı çeşməyə suyun içinə atırdılar.

Dosent-doktor Mehri Xanbabayeva