Öz kəndi ilə böyüyən Şair

Öz kəndi ilə böyüyən Şair

Öz kəndi ilə böyüyən Şair

Yanvarın 23-də “Bakı Kitab Mərkəzi”ndə həmyerlimiz, Azərbaycanın və türk dünyasının tanınmış filosof-şairi Rüstəm Behrudinin “Sənin gözlədiyin qərib türk mənəm” adlı yeni kitabının təqdimatı keçirildi.

Doğma şairimizin öz kəndi ilə böyüyərək Vətən boyda çinar kimi ucaldığını, bu ağacın köklərinin şimaldan cənuba, cənubdan isə bütün türk coğrafiyasına qədər şaxələndiyini bir daha gördük.

“Behrud”da el-obanın, məmləkətin, vətənin və böyük bir ulusun yüksəlişini, qüdrətini və ruhunu duya bildik.

Bu görüş bizdə bir daha dərin iftixar hissi yaratdı.

Bəli, sözün əsl mənasında Rüstəm Behrudinin kitabları milli dəyərlərin – türk kimliyinin qorunması və bəşəriyyət üçün İnsanlıq körpüsü olması baxımından əvəzsizdir. 

Burada İlham da var, inanc da var, inam da var…

Arzu edirik ki, qərib kimliyinizlə ucsuz-bucaqsız yovşanlı çöllərin əhatəsində olan Turan ellərində var olun – özünəməxsus təbiinizlə yazıb-yaradın.