“TUSİ” XEYRİYYƏ CƏMİYYƏTİNİN 2025-ci ilin yekunlarına dair
HESABATI
|
Hesabat dövründə “Tusi” Xeyriyyə Cəmiyyətinin İdarə Heyəti tərəfindən təsdiq olunmuş “2025-ci il üzrə İş Planı”na uyğun olaraq fəaliyyət göstərilmiş, “Tusi” Xeyriyyə Cəmiyyəti tərəfindən elan edilmiş “Yusif Məmmədəliyev ili” çərçivəsində 2025-ci ildə bir sıra layihələr və tədbirlər həyata keçirilmişdir. “Azərbaycanın incisi Ordubad”ın tarixinə, adət-ənənələrinə, məişət həyatına, mətbəx nümunələrinə, turizm potensialına yönəlmiş bir sıra işlər görülmüş, |
|
həmin xüsusiyyətlər dəyərləndirilmiş, bu istiqamətdə müvafiq təklif və tövsiyələr irəli sürülmüşdür. Eyni zamanda, Ordubadın seçilmiş şəxsiyyətlərinin yubileylərinin qeyd edilməsi və adlarının əbədiləşdirilməsi ilə bağlı dövlət qurumları qarşısında məsələlər qaldırılmış, təklif və tövsiyələr verilmişdir. Ordubadlıların məskunlaşdığı ərazilər üzrə etnoqrafik xəritənin yaradılması, mövcud adət-ənənələrin qorunub-saxlanılması, habelə Ordubadın tarix mədəniyyət abidələrinin tanıdılması və turizm potensialının təbliğ olunması istiqamətində işlər görülmüşdür. Cari il ərzində cəmiyyətin saytının aidiyyəti üzrə bölmələri zənginləşdirilmiş və sosial şəbəkə hesabları vasitəsilə Ordubad, eləcə də, ölkəmiz üçün əhəmiyyətli hadisələr və əlamətdar günlərlə bağlı materiallar paylaşılması təmin olunmuşdur. Ötən il olduğu kimi şəhidlərimizin anadan olduğu və anıldığı günlərdə, “27 Sentyabr – “Anım Günü” və “8 Noyabr – Zəfər Günü” tədbirlərində yaxından iştirak edilmiş, Ordubadda olan məzarüstü abidələri ilə bağlı müəyyən işlər aparılmışdır. Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman övladlarımızla bağlı kitab nəşr olunmuşdur. Kitabın çap olunmasına maddi və mənəvi dəstəyi Ordubadın xeyriyyəçi iş adamları göstərmişdir. |
|
Həmçinin, “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu Azərbaycan Respublikası Prezidentinin Sərəncamına dəstək məqsədilə, “Ordubad – mənbələr və formalaşması” kitabı rus dilindən tərcümə etdirilərək çap edilmişdir (prof.,dr. Aydın Mehdiyevin müəllifi olduğu foto şəkillərdən istifadə olunmuşdur). Bu xüsusda konkret olaraq aşağıda göstərilən tədbirlər tərəfimizdən reallaşdırılmışdır: |
-
“Ordubadın Qəhrəmanlıq Dastanı” adlı kitabın nəşri (1 və 2 buraxılış, 500 ədəd);
-
“Ordubad – mənbələr və formalaşması” adlı kitabın nəşri (1 və 2 buraxılış, 300 ədəd);
-
Akademik Musa Rüstəmovun 90 illik yubileyi ilə əlaqədar bir sıra işlərin görülməsi, (adının əbədiləşdirilməsi ilə bağlı vəsatətin qaldırılması, məqalə və kitabın hazırlanması və nəşrində yaxından iştirak);
-
2025-ci il üçün Ordubad əsilli tanınmış şəxsiyyətlərə (foto-info) dair məlumatları xarakterizə edən təqvimin hazırlanması;
-
Maliyyə dəstəyi – maddi yardımın edilməsi (aztəminatlı, əlil, tələbə və idmançı);
-
Bayramlar, xüsusi günlər və tədbirlər üçün dizayn-tərtibat işlərinin görülməsi, təltiflərin hazırlanması, çap məhsullarının ərsəyə gətirilməsi və qiymətli
mükafatların alınması (poster, buklet, fleyr, foto-tablo və s.);
-
Kənd İcmalarının nümayəndələri və tələbə-gənclərlə görüşlərin keçirilməsi;
-
“Ramazan bayramı” və “Qurban bayramı” ilə əlaqədar ehtiyacı olan şəxslərə
maddi-mənəvi köməkliyin göstərilməsi;
-
Ordubadın görkəmli şəxsiyyətlərinin tanıdılması və şəhidlərinin anılması –
örnək olması üçün “Azərbaycanın Birincisi” adlı maarifləndirmə layihəsinin
davam etdirilməsi;
10. Cəmiyyətin rəsmi portallarının təkmilləşdirilməsi, “ordubadcemiyyeti.az”
(“tusicemiyyeti.az”) saytının müntəzəm olaraq yenilənməsi və 50-yə yaxın
məlumatın əlavə olunması;
11.Cəmiyyətin nəzdindəki “Ordubadlılar Məzarlığı” ilə əlaqədar təşkilati-hüquqi
işlərin həyata keçirilməsi; 12.Nizamnaməyə uyğun olaraq digər tədbirlər.
Bu dövr ərzində Cəmiyyətin müvafiq hesabına 2100 AZN üzvlük, 1740 AZN ianə haqlarından olmaqla cəmi 3840 AZN maliyyə vəsaiti daxil olmuş, ümumilikdə tədbir və layihələrə isə 5090 AZN maliyyə vəsaiti xərclənmişdir.
Ehtiram olaraq 3 ədəd əklil (1550 AZN), yubileylər üçün 2 ədəd gül-buketi (200), 3 ədəd hədiyyə (165), 3 şəxsə maddi yardım (320 AZN), maliyyə dəstəyi (240), iftar süfrəsi (180 AZN), 2 şəxsin doğum günü (130 AZN), əmək haqqı: mühasib, saytın idarəolunması (1200 AZN), nəşriyyat işləri (515 AZN), dizayn-tərtibat işləri (445 AZN), məktubların, təbrik plaketlərinin hazırlanması (çapı) və göndərilməsi (145 AZN) və s.
Belə ki, bir neçə tanınmış şəxsiyyətimizin, nüfuzlu ziyalıların anadan olmalarının –
Yusif Məmmədəliyevin 120, İsmayıl İbrahimovun 110, Nəcəfqulu Rəfiyevin 110,
Adil Babayevin 100, Musa Rüstəmovun 95, Davud Ordubadlının 95, Südef Hacıyevin 95,
Nurəddin Sadıqovun 90, Namiq Abbasovun, Cavad Abdinovun 85, Aydın Kazımzadənin və
Etibar Babayevin 75, İsa Cahanov 70, o cümlədən, böyük filosof Hinduşah Naxçıvaninin
(1245) anadan olmasının 780 illiyi əlaqədar posterlər hazırlanmış və paylaşılmışdır.
Göründüyü kimi, Cəmiyyətin (Ofisin) saxlanılması üçün xərclənilən müvafiq vəsait və sair xərclər şəxsi imkanlarımız hesabına qarşılanmışdır.
2026-cı ildə eldar və xeyirxah Ordubadlıların sayəsində, Dövlət Başçımız cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Memarlıq və Şəhərsalma İli”ndə də fəaliyyətimiz var qüvvəmizlə davam etdiriləcəkdir.
“Tusi” Xeyriyyə Cəmiyyəti daxilində 2026-cı ili “Ordubad Tarix-Memarlıq və Turizm İli” elan edir və bu istiqamətdə doğma Ordubadımızda müvafiq layihələr icra etmək niyyətindədir.
* İstənilən həmyerlimiz hesabatla yaxından tanış ola bilər (+99470 269 1991).
* Ümumilikdə Ordubadın birliyini və həmrəyliyini ifadə edən “Tusi” Xeyriyyə Cəmiyyətinin gördüyü çoxşaxəli işləri qiymətləndirərək maddi- mənəvi dəstəyini əsirgəməyən həmyerlilərimizə xüsusi təşəkkürümüzü bildiririk.
2026-cı ildə Azərbaycan elm ictimaiyyəti, ictimai-siyasi həyatı və
hərb sahəsi üçün olduqca əhəmiyyətlidir. Ordubadda doğulan tanınmış şəxsiyyətlərin
yubileyləri məhz bu ilə düşür.
