Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Dəyərli “Tusi” Xeyriyyə Cəmiyyətinin üzvləri!
Hər birinizi ayrı-ayrılıqda
“31 Dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü”
və “Yeni il” münasibətilə İdarə Heyətinin üzvləri adından
təbrik etməkdən böyük məmnunluq duyur,
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.
Vətənimiz “Azərbaycanın incisi Ordubad” naminə
Sizə gələcək həyat fəaliyyətinizdə davamlı rifah və nailiyyətlər diləyirik.
Həmrəyliyimiz daimi, yeni 2025-ci təqvim iliniz uğurlu və mübarək olsun.
“Qoy çaylarımız qurumasın! Qoy ağaclarımız kəsilməsin!
Qoy çırağımız sönməsin!”
Səmimiyyətlə,
Sizin Yəhya Babanlı
“Tusi” Xeyriyyə Cəmiyyəti İdarə Heyətinin sədri