Ordubad məktəbliləri ardıcıl ikinci dəfə ölkə birinciliyində iştirak hüququ qazanıb

Ordubad məktəbliləri ardıcıl ikinci dəfə ölkə birinciliyində iştirak hüququ qazanıb

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası, Gənclər və İdman Təhsil, nazirliklərinin birgə təşkilatçılığı ilə “Sərhəd” hərbi-idman oyunu üzrə ölkə birinciliyinin Naxçıvan Muxtar Respublikası üzrə final mərhələsi reallaşıb. 

7 komanda qələbə uğrunda mübarizə aparıb. İştirakçılar sıra hazırlığı, süni nəzarət zolağının yaradılması, kəndirin dartılması, maneələrin dəf olunması, yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyəsi və digər mərhələlərdə öz bacarıqlarını nümayiş etdiriblər. 
Qiymətləndirməyə əsasən, ən yüksək göstərici Ordubad şəhər tam orta internat məktəbinin “Ümid” komandasına məxsus olub. Bununla da komanda muxtar respublika birincisi kimi ölkə üzrə final mərhələsində iştirak etmək hüququ qazanıb. Babək rayon Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəb ikinci, Culfa rayon Yaycı kənd 1 nömrəli tam orta məktəbi isə üçüncü olub. İlk üçlükdəki komandaların üzvlərinə diplom və sərhədçilərlə bağlı kitablar təqdim edilib. 

Xatırladaq ki, ötənilki ölkə birinciliyinin qalibi məhz Ordubad komandası olmuşdu.