Yeddi-yeddili Ordubad

Yeddi-yeddili Ordubad

“7 məhlə, 7 meydan, 7 məscid,
7 məktəb, 7 bazar, 7 kəhriz,
7 çinar adı ilə’’
Heç bir yerdə rast gəlməyən, görünməyən,
Bala Təbriz adı ilə çox tanınan
Vergilərdən azad olan,
Memarlığı, meyvələri, öz elmilə:
Çox qədimdən mövcud olan-
İnsanları, sənətləri, əməlləri,
Daşlara, qayalara həkk olunan;
Qalaları, dizələri, daş qoçları
Gəmiqaya, Mədrəsəsi, Gilanilə…
Ad çıxaran, şöhrət tapan,
Ulu, qoca, dağ Ordubad,
Azərbaycan incisi,
Təbrizin gül baxçası,
Can Ordubad, qan Ordubad,
Yeddi-yeddili Ordubad.
            
Müzəffər Məmmədov
Professor, “Tusi” Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin üzvü
Ordubad, 22 yanvar 2024-cü il