“Tusi” Xeyriyyə Cəmiyyəti dövlət başçısına minnətdarlıq ünvanlayıb

“Tusi” Xeyriyyə Cəmiyyəti dövlət başçısına minnətdarlıq ünvanlayıb

Hörmətli cənab Prezident,

Ordubad icimaiyyətini birləşdirən “Tusi” Xeyriyyə Cəmiyyətinin üzvləri adından Sizi növbədənkənar prezident seçkilərində qazandığınız haqlı qələbənizə görə təbrik etməkdən böyük məmnunluq hissi duyuram.

Seçkinin şəffaf nəticələri xalqımızın bəsirətini və yekdilliyini göstərməklə yanaşı, Sizin rəhbərliyinizlə yeni yüksəliş dövrünə qədəm qoyan Azərbaycan Respublikasının daxili və xarici siyasətinə dəstəyini təcəssüm etdirir.

Fürsətdən istifadə edərək ali diqqətinizə çatdırmaq istəyirik ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı rayonumuzla bağlı imzaladığınız “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamınız Ordubad ictimaiyyəti tərəfindən minnətdarlıqla qarşılanıb.

Sizə dərin təşəkkürümüzü bildirir, qüdrətli Azərbaycan naminə müfəssəl və mükəmməl fəaliyyətinizdə daim Müzəffər olmağınızı arzu edirik.

Ulu Yaradan yar və yardımçınız olsun.

Hörmətlə,

“Tusi” Xeyriyyə Cəmiyyəti adından:

Yəhya Babanlı.

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu.