“Tusi” Xeyriyyə Cəmiyyəti Prezidenti dəstəklədiyini bəyan etdi

“Tusi” Xeyriyyə Cəmiyyəti Prezidenti dəstəklədiyini bəyan etdi

Hörmətli cənab Prezident,

Ordubad ictimaiyyətinin həmrəyliyi və birliyini əks etdirən “Tusi” Xeyriyyə Cəmiyyəti olaraq 2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Sizi - Ümummilli Lider Heydər Əliyevin milli inkişaf yolunu davam etdirən, müasir Azərbaycan tarixində Zəfər səhifəsi açan və dövlət suverenliyimizə imza atan əvəzolunmaz şəxsiyyəti dəstəklədiyimizi bildiririk.

Biz, əsrlər boyu mövcud reallığı yaratmaq üçün mübarizə aparsaq da, bu unikal fakta, qalibiyyətə Sizin sayənizdə müvəffəq olduq.

Azərbaycan xalqına parlaq Zəfəri bəxş etməklə maksimum qələbəni təmin etmisiniz. Şübhəsiz ki, bütövlükdə müdrik və qədirbilən Azərbaycan xalqı bu seçkilərdə bir daha Sizi dəstəkləyəcək və Siz yenidən Azərbaycan Respublikasının Prezidenti seçiləcəksiniz.

Əminik ki, Sizin rəhbərliyinizlə zəfərlər ölkəsinə çevrilən Azərbaycan Respublikası yüksəliş mərhələsinə qədəm qoyacaq, təhlükəsizlik, firavanlıq və rifah əsas meyar olacaqdır. Sizə gələcək ali dövləti vəzifənizdə yeni-yeni uğurlar arzu edirik.

Hörmətlə,

“Tusi” Xeyriyyə Cəmiyyətinin İdarə Heyəti adından:

Babanlı Yəhya.

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu.