Yəhya Babanlıdan, Bakı, Azərbaycan

Yəhya Babanlıdan, Bakı, Azərbaycan

Zati-Aliləri cənab Prezident.

Görkəmli azərbaycanlı, ulu öndərimiz dahi Heydər Əliyevin varisliyi missiyasını vüsətlə davam etdirməyiniz və ən başlıcası torpaqlarımızın işğal altından azad edilməsi, qürur yerimiz olan Şuşaya dövlət bayrağımızı sancmaq vəsiyyətini rəşadətlə yerinə yetirməyiniz ilə müdrik və qədirbilən xalqımızın qəlbində əbədi taxt qurdunuz. Sarsılmaz qətiyyətiniz Azərbaycan Ordusunu yenilməyə qoymadı, müzəffər qıldı. Dövlətimizi qalib, xalqımızı məğrur etdi. Sizin dəmir iradəniz və mübarizliyiniz sayəsində müqəddəs Şəhidlərimizin al qanı ilə Zəfər salnaməsi yazıldı. Dünya azərbaycanlıları böyük dövrə qədəm qoydu. Bütövlükdə maddi-mənəvi cəhətdən üstünlük qazanmağımız gələcək yüksəlişimiz üçün stimul oldu.

Möhtərəm Prezidentimiz, bu şanlı tarixi bizlərə yaşatdığınıza görə Sizə dərindən minnətdarıq. Ali diqqətinizə çatdırırıq, “Tusi” Xeyriyyə Cəmiyyəti və “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi olaraq, Sizin yeni mərhələdə dövlət idarəçiliyinizi dəstəkləyirik, var qüvvəmizlə yanınızda və xidmətinizdəyik. Qoy Ulu Tanrı daim yar və yardımçınız olsun. Qarabağ Azərbaycandır!

Ehtiramla,

“Tusi” Xeyriyyə Cəmiyyəti və “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi adından

Yəhya Babanlı

Azərbaycan Respublikası, Bakı şəhəri.