Ordubadda maraqlı gün

Ordubadda maraqlı gün

Naxçıvanın şərqində yerləşən Ordubad şəhəri zəngin meyvə bağları və Qafqazda yetişən ən ləzzətli limonu ilə tanınır. Bu şəhər bir vaxtlar İpək Yolu üzərində yerləşib. Ordubad ipək və meyvə məhsullarının ticarətində başlıca mərkəz sayılıb. Hazırda şəhərin dar-dolanbac küçələri, su bulaqları, hamam və məscidlərindən ibarət bir sıra abidələri tarix-memarlıq qoruğunun bir hissəsidir. Tarixi abidələrə XIV əsrə aid buzxana, Qeysəriyyə abidəsi – XVII əsrə aid bazar, indiki tarix muzeyi və 1604-cü ildə tikilmiş Cümə məscidi daxildir. Burada həmçinin tanınmış akademik Yusif Məmmədəliyev və yazıçı Məmməd Səid Ordubadinin ev muzeyləri də yerləşir. Kiçik Qafqaz dağlarında Ordubadın şimal-qərbində min il yaşı olan Gəmiqaya ərazisində qaya təsvirləri yerləşir. Buranı ziyarət etmək üçün təşkil edilən turlara mütləq qoşulun.