Azadciran nahiyəsi

Azadciran nahiyəsi

Azadciran nahiyəsi - Osmanlı dövründə inzibati-ərazi vahidi, Naxçıvan qəzasının nahiyyələrindən biri. 1590-cı ildə Azadciran nahiyəsi 28 kənddən ibarət idi. 1727 ci ildə isə 37 kənddənibarət idi.

Azadciran nahiyəsi ərazi baxımından daha qədim dövrdə adı qeyd edilən Qoxtn (Qoltn) əyaləti ilə üst-üstə düşür.
Qoxtn əyaləti haqqında ilk məlumatlar IV əsrdən etibarən erməni dilli mənbələrdə verilir və XIII əsrə kimi bu ad mənbələrdə xatırlanır.
X əsrdən başlayaraq ərəb və fars dilli mənbələrdə həmin əyalət Azad-Ciran (Azadciran) adlandırılır və bu da ərazidə yerləşən iki böyük şəhərin - Azad və Kiran şəhərlərinin adı ilə bağlıdır.
Azad-Ciran əyaləti haqqında ilk məlumat Əl-İstəxrinin “Məsalik və Məmalik” əsərində verilir. 

İstəxri yazır ki, “Arranın sərhədləri Bab əl-Əbvabdan Tiflisə və Araz çayı yaxınlığında yerləşən Haciran adlı yerə kimidir.”
Səfəvi şahlarının Matenadaranda saxlanan çoxsaylı fərmanlarında Azad-Ciran əyalətinin adı dəfələrlə çəkilir.

Onlardan I Təhmasibin 1544 və 1555-ci illərə, Təbriz bəylərbəyinin 1581-ci ilə[6], Məhəmməd Xudabəndənin 1585-ci ilin dekabrına və 1586-cı ilin yanvarına, I Şah Abbasın 1604, 1606 və 1621-ci illərə aid fərmanlarında Azad-Ciran əyaləti, onun əhali və ərazisi, həmçinin sosial-iqtisadi həyatında çoxlu sayda dəyərli məlumatlar verilir.
Əyalətin mərkəzi Kiran şəhəri olmuşdur. Şəhərin xarabalıqları hazırda Ordubad rayonunun Kələntər-Dizə kəndi yaxınlığında yerləşən Xarabagilan abidəsidir.