Ordubad rayonu Darkənd günbəzi

Ordubad rayonu Darkənd günbəzi

Günbəz Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Darkənd kəndində yerləşir.

Üzərində kitabə olmadığından günbəzin tarixini müəyyən etmək mümkün deyil. Lakin quruluşu və üzərindəki bəzəklərinə görə tikilinin inşa tarixi XIV əsrin sonlarına və ya XV əsrin əvvəllərinə aid edilir.

Tikili kərpicdən hörülüb və səkkizguşəli prizma formasına malik olub. Günbəz tünd-bənövşəyi rəngli kaşı və kərpicdən hörülmüş sadə naxışlarla bəzədilib. Günbəzin yeraltı sərdabəsi də var idi. Sərdabə səkkizguşəli formaya malik olub və çay daşları ilə üzlənib.

Hazırda abidə dağıdılmış vəziyyətdədir.

Mənbələr:

Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan-2008.
Hacıfəxrəddin Səfərli. Naxçıvan Türk-İslam mədəniyyəti abidələri. Naxçıvan-2017.