Ordubadın qeyri-adi Ramazan adəti

Ordubadın qeyri-adi Ramazan adəti

Ordubadın gözəl adət-ənənələrindən biri də müqəddəs Ramazan ayında - oruclluğun 14-15 keçən gecə “orucun onbeşidir” ənənəvi mərasimidir...
Uşaqların sevimli şənliyi kimi, davam etdirilən bu adət-ənənə əcdadlarımızdan bizə miras qalmışdır. Bu mərasim bu gündə yaşadılıq və qeyd olunur. Uşaqlar əlində bir torba ilə qapı-qapı gəzib ev yiyəsindən “xalq deyimi” ilə sovqat istəyərlər. “Orucun onbeşi” payını torbalara qoyan uşaqlar xor ilə bu sözləri oxuyarlar:

Orucun onbeşidi gəldik sizə, Orucun niyazını verin bizə.
Xanım ayağa dursana,
Boşqabı doldursana,
Rəbbi gəlir, dinmə gəlir, 
Boşqabı doldurub gəlir.
Verənin oğlu-qızı sağ olsun, 
Vermiyənin sonbeşiyi qız olsun!