Bilirsinizmi - Qafqazın ən dadlı limonu harda yetişir?

Bilirsinizmi - Qafqazın ən dadlı limonu harda yetişir?

“ORDUBAD LİMONU”

Çətin yollar hər zaman insanları gözəl diyarlara səyahət etməyə gətirib çıxarır.
“Azərbaycanın incisi” adlandırılan muxtar respublikanın Ordubad rayonu özünün dadlı meyvələri ilə də şöhrət qazanıb. Həmin meyvələr arasında xüsusi fərqlənən Ordubad limonu insanları dadı, tamı və xoş ətri ilə cəlb edir. Onu fərqləndirən əsas cəhətlərdən biri də tərkibinin efir yağları, vitaminlərlə, minerallarla zəngin olmasıdır. El arasında deyirlər ki, buna səbəb Naxçıvan torpağının faydalı elementlərlə zənginliyi, suyun və havanın saflığı, təmizliyidir. Ona görə də Ordubad limonunun bir ədədi 5, bəzən isə hətta 15 manata satılır. Qədim zamanlardan əhali arasında belə bir fikir də var ki, limonu onu becərəndən başqası dərsə ağac küsür, bar vermir. Əgər siz Ordubada səfər etmisinizsə mütləq və mütləq Ordubad limonundan dadmağı təklif edirik.
Ordubad rayonunda limonun iki sortu vardır: qalın qabıqlı və nazik qabıqlı.
Bu limonlar rəngləri və görünüşü ilədə fərqlənirlər.