Bilirsinizmi - “Ordubadlıyam” ifadəsi haradan qaynaqlanır?

Bilirsinizmi - “Ordubadlıyam” ifadəsi haradan qaynaqlanır?

Bunu ordubadlıların ağzından yəqin ki, eşitməyən qalmayıb. Amma deyilişin kəlməsi hardan gəlir heç ordubadlıların çoxunun özü belə bunu bilmir.

Əksər Ordubadlıdan haralısan deyə soruşulduqda qeyri-ixtiyari Ordubadlıyam deyir. Niyə Naxçıvanlı yox, Ordubadlı deməsi bir çox insan üçün təəccüblə, bəlkə də təəssüflə qarşılanır.
Amma bunun maraqlı tarixçəsi vardır.

Bir çoxumuz üçün xüsusi məna kəsb edən - məna daşıyan Haralısan? 

Ordubadlı sualı kimi…
Bu sualın cavabının tarixi mənbələrə əsasən niyə Ordubadlıyam deyilməsinin səbəbini sizinlə bölüşürük:

Dövrünün ən görkəmli dövlət xadimi I Şah Abbasın baş vəziri Hatəm bəy Ordubadi olub.

İmperiyanın idarəsi Şah Abbasdan çox onun baş vəziri Hatəm bəy Ordubadinin  əlində idi. 

Şah Abbasın daha bir fərmanı Ordubad şəhər məscidinin girişində həkk edilmişdi. Tarixi mənbələrə görə Ordubad şəhərinin əhalisinin vergilərdən azad olunması barədə verilmiş həmin fərman şahın Nəsirəddin Tusi nəslindən olan baş vəziri Hatəm bəy Ordubadiyə hörmət və ehtiramının ifadəsi idi. 

Fərman bu günə qədər də Ordubadda yerləşən Cümə məscidinin şərq qapısı üzərindəki daş lövhədə I Şah Abbasın dəst-xətti ilə görmək olar.

Həmin dövrlərdə tacirlər Səfəvilərin ərazisində “vergi verməmək” - yəni, “vergidən azad olunmaq” üçün “Ordubadlıyam” deyirdilər. Ordubad əhalisi hətta indidə “haralısan” sualına “Ordubadlıyam” cavabını verirlər. 
Məhz o dövrdən bugünədək “Ordubadlıyam” kəlməsi bir brendə çevrilmişdir.

Qeyd 1. Səfəvilərin  dövründə 2 şəhər Ərdəbil və Ordubad vergidən azad olunubdur. 
Ordubad yuxarıda qeyd edilən məsələyə görə, Ərdəbil isə Şeyx Səfi nəslinin burada olduğu üçün bu üstünlüyə yiyələnmişdir.

Qeyd 2. Ordubad sonrakı dövrlərdə də sərbəst inzibati-ərazi vahidi kimi, mahal statusu olmuşdur.