Zəngəzur Milli Parkı

Zəngəzur Milli Parkı

Zəngəzur Milli Parkı (tam adı: Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı) – 2003-cü ilin 16 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazisinin 12131 hektarında yaradılmışdır. 2009-cu il 25 noyabr tarixinədək Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı adlanmış, həmin tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı[1] ilə adı dəyişdirilmişdir. Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılmışdır. Milli Parkla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazisinin 27870,0 hektarında Ordubad Dövlət Təbiət Yasaqlığı yerləşir.