Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Salehov Akif Əyyub oğlu Ordubad rayonunun Üstüpü kəndində anadan olmuşdur. Tibb elmləri doktoru(1991). Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universiteti) tibbi profilaktika fakültəsini (1974), Azərbaycan Səhiyyə Nazirliyi Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutunun aspiranturasını (1981) bitirmiş, həmin institutda elmi işçi, baş elmi işçi və şöbə müdiri işləmişdir (1974-95;1984-90 illərdə SSRİ Səhiyyə Nazirliyinin Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutunun doktoranturasında oxumuşdur). 1996-cı ildən Müstəqil Azərbaycan Universitetinin rektorudur. Enterebioz əleyhinə tədbirlərin işlənməsi və təkmilləşdirilməsinin epidemioloji əsaslarına, heyvanlarda exinokokkoz xəstəliyinin diaqnostika və profilaktikasına, onun sosial-iqtisadi ziyanının azaldılması tədbirləri sisteminin elmi əsaslarına dair tədqiqatların, 70-dən çox elmi məqalənin müəllifidir.