Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Rasim Qulu oğlu Məmmədli 9 fevral 1962-ci ildə Naxçıvan MSSR-nin Ordubad rayonunun Gənzə kəndində anadan olmuşdur. Uşaqlıqdan əlildir, yeriyə bilmir. Evdə fərdi surətdə orta, daha sonra isə ali təhsil almışdır. Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakultəsinin kitabxanaçılıq və biblioqrafiya ixtisasını bitirmişdir.
Gənc yaşlarından publisistik və bədii yaradıcılıqla məşğul olmuşdur. Ordubadda çap olunan "Yeni Ordubad" və "El həyatı" qəzetlərində ştatdankənar müxbir kimi fəaliyyət göstərib. 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Bütün kitablarının adları “Q” hərfi ilə başlayır. Səbəbini özündən soruşduqda belə cavab verib: “İki kitabım nəşr olunmuşdu. Bir gün qardaşım qızı gəldi ki, əmi, bəs fikir vermisənmi, sənin kitablarının adı “Q” hərfi ilə başlayır? Doğrusu, özüm diqqət etməmişdim. O gündən sonra yazdığım kitablarıma “Q” hərfi ilə başlayan adlar seçdim”.
2012-ci ildə Bakıda Mahmud Allahmanlının "Elm və təhsil" nəşriyyatında Rasim Gənzəlinin yaradıcılığının təhlil olunduğu, hekayələrinin, povestlərinin, romanlarının mövzu istiqamətləri, problematikası elmi-nəzəri şərh edildiyi "Rasim Gənzəlinin bədii nəsri" əsəri çap edilib.
2018-ci ilin fevral ayında Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı-publisist Rasim Gənzəlinin 55 illiyi münasibətilə tədbir keçirilib. Görüşdə həmçinin oxuculara yazıçının yenicə çapdan çıxmış “Qərib gecələr” kitabı da təqdim olunub.
Respublikanın dövri mətbuatında 600-ə yaxın məqalə və publisistik yazıları dərc olunub.
"Ədəbiyyat sahəsində xidmətlərinə görə Prezident mükafatı", "Qızıl qələm", "Vətən", "Yaddaş"[10], "Türk ədəbiyyatına xidmət", BMT-nin ədəbiyyat üzrə Avropa ordeni ilə təltif edilmişdir.
12 avqust 2018-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Ailəli idi. Həyat yoldaşı olmuş Kamilə Dönməz də şairədir, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.