Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Fariz Əli oğlu Əmirov 6 yanvar 1971-ci ildə Naxçıvan MR, Ordubad rayonunun Biləv kəndində anadan olmuşdur. 1978-1988-ci illərdə Ordubad rayonu, Biləv kənd orta məktəbini fərqlənmə ilə bitirmiş və həmin ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. 1994-cü ildə ADNA-nı (Azərbaycan Dövlət Neft Akademiyası) bitirmişdir. 1994–1999-cu illər arası müxtəlif sahələrdə çalışmış və ölkəmizin inşaat sektorunda fəaliyyət göstərən bir neçə inşaat şirkətlərinin yaranması və uğurlu fəaliyyət göstərməsində öz köməyini əsirgəməmişdir.
1999-cu ildə ADNA-nın aspiranturasına qəbul olmuş, 2007-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsi adını almışdır. 2014-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək, texnika üzrə elmlər doktoru elmi dərəcəsi adı almışdır. Bu illər ərzində o, Moskva, Sankt-Peterburq, Kazan, Ankara, İstanbul, Alma-Ata, Riqa və Ərzurum universitetlərində elmi konfranslarda iştirak və çıxış etmişdir. Bir neçə qrant və elmi layihələrin qalibi olmuşdur. 2006-2016-cı illər arası ADNA-da fəaliyyət göstərən, Rusiyanın " LUKOİL " Neft şirkəti tərəfindən yaradılmış " Fiziki-kimyəvi analiz metodları " - mərkəzləşdirilmiş laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. 2016-cı il fevral ayının 3-dən ADNSU-nun "Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası" - kafedrasının müdiri vəzifəsində çalışır.
2010-cu ildə ADNA-nın 90 illik yubileyi ilə əlaqədar ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" - medalı ilə mükafatlandırılmışdır. 150-dən çox elmi əsər, məqalə, kitab və patentlərin müəllifidir.
31.12.2020 ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi münasibətilə "Əməkdar Müəllim" fəxri adına layiq görülmüşdür.
Ailəlidir, 2 övladı var.