Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
1963-cü ilin, fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1983-cü ildə Naxçıvandan Rusiyaya köçən Füzuli Məmmədov, 1989-cu ildən "İnterserver" şirkətinin prezidenti vəzifəsində çalışır.
Rusiyada yaratdığı biznesini 2014-cü ildən, başda İtaliya olmaqla Avropaya köçürmüşdür. Rusiyadan çıxmasının səbəbi isə, yaxın münasibətdə olduğu Moskva meri Yuri Lujkovun vəzifəsindən çıxması olub. Rusiyada və bir sıra başqa xarici ölkələrdə "Frenk Fond"u fəaliyyət göstərir.
Rusiyada hüquqşünas və iqtisadçi ali təhsili alan Füzuli Məmmədov, siyasi elmlər namizədidir. Hal-hazırda İtaliyada, Berqamo şəhərində yaşayır, 2 övladı var.