Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
24 may 1965-ci ildə Naxçıvan MR-in Ordubad şəhərində ziyalı ailəsində anadan olmuşdur. İ.M.Hüseynova 1972-1982-ci illərdə böyük maarifçi Məhəmməd Tağı Sidqinin adını daşıyan 1 saylı orta məktəbdə təhsil almış və məktəbi fərqlənmə attestatı ilə başa vurmuşdur.
Atası Huseynov Məmməd İman oğlu 1930-cu ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 2018-ci ildə rəhmətə getmişdir. Məmməd Hüseynov 60 ildən artıq bir müddətdə Ordubad şəhərinin təhsil sistemində çalışmışdır.
Anası Əsgərova Xanim Əsgər qızı 1932-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 2004-cü ildə rəhmətə getmişdir. Uzun illər Ordubad şəhərində biologiya fənnini tədris etmiş, yüksək insani keyfiyyətlərə malik bir ziyalı kimi tanınmışdır.
1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, universitetin Böyük Elmi şurasının zəmanətilə Azərbaycan EA Botanika İnstitutunun “Molekulyar biologiya” ixtisası üzrə aspiranturasına daxil olmuşdur. 1994-cü ildə “Buğda xloroplastlarının tilakoid membranının pigment-zülal komplekslərinin formalaşmasının genetik tənzimlənməsi” mövzusunda namizədlik, 2004-cü ildə “Buğdanın fotosintetik membranının piqment-zülal komplekslərinin formalaşması və yığılmasının molekulyar-genetik mexanizmləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2002-ci ildə Azərbaycan Respublikası AAK-nın qərarı ilə baş elmi işçi, 2009-cu ildə isə professor elmi adını alıb. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.