Ağa Rəsul Əttar

Ağa Rəsul Əttar

Şair

XIX əsrdə yaşamış şair. XIX əsrdə Ordubadda fəaliyyət göstərən "Əncüməni-şüəra" ədəbi birliyinin üzvlərindən biri olmuşdur.  Fəqir Ordubadi və onun oğlu Məmməd Sədi Ordubadinin əsəsrlərində Ağa Rəsul Əttar haqqında məlumat vardır. Fars dilində də əsərlər yazmışdır.Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanan cünglərdə qəzəllərindən nümunələr mühafizə olunmuşdur. Məmməd Səid Ordubadi Ağa Rəsul Əttarı "Əncüməni-şüəra"da fəaliyyət göstərən şairlər deyil, şeir maraqlıları sırasında göstərmişdir.