Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Aydın Həsən oğlu Kazımzadə (8 avqust 1950, Ordubad) — fizika-riyaziyyat elmləri doktoru, professor, BDU-nun Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü (30.06.2014).
Aydın Kazımzadə 1950-ci il 8 avqustda Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. 1967-cü ildə 1 saylı Ordubad şəhər orta məktəbini qızıl medalla, 1972-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. O, 1972–1976-cı illərdə AМЕА-nın Fizika İnstitutunda laborant vəzifəsində işləmiş, 1975-ci ildə "İnSe və GaSe monokristallarında tarazlıqda olmayan elektron prosesləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi adını almışdır. A.Kazımzadə 1976–1979-cu illərdə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının assistenti, 1979–1986-cı illərdə həmin kafedranın baş müəllimi, 1986–1988-ci illərdə dosenti vəzifəsində çalışmışdır. Tədqiqatçı alim 1987-ci ildə "A3B6-tipli layvari birləşmələrin elektron xassələri və onlar əsasında heterokontaktlar" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru adını almışdır. 1988–1996-cı illərdə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının professoru olan[3] 1996–2011-ci illərdə həmin kafedranın müdiri vəzifəsində işləmişdir. O, eyni zamanda 2002–2011-ci illərdə Respublika Təhsil Nazirliyində Dünya Bankının təhsil üzrə məsləhətçisi vəzifəsində də çalışmışdır. Aydın Kazımzadə 2011-ci ildən Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru vəzifəsində çalışır. Səmərəli və məhsuldar elmi fəaliyyətinə görə Aydın Kazımzadə 1976-cı ildə Elm və Texnika sahəsində Respublika Komsomol mükafatı Laureatı adına, 1993-cü ildə Beynəlxalq Elm Fondunun Soros mükafatına layiq görülmüşdür.
Aydın Kazımzadənin elmi fəaliyyətinin başlıca istiqamətləri: yarımkeçiricilər fizikası: bircins və qeyri-bircins yarımkeçiricilərin elektrik, fotoelektrik, optik və lüminessensiya xassələri; Yarımkeçirici cihazlar: metal-yarımkeçirici kontaktları, homo və heterokeçidlər;
Metal – dielektrik keçidlər; Axma nəzəriyyəsi: Qarşılıqlı təsirlərin birləşdirilməsi; Müəllim hazırlığı və kurrikulum sahəsində təhsil islahatları və sair sahələr üzrədir. İstedadlı alim ilk dəfə olaraq kristallik maddələrdə anomal fotokeçiricilik və elektrik sahəsi ilə induksiyalanmış aşqar fotokeçiriciliyi hadisələrini müşahidə etmiş, yarımkeçiricilərdə Oje rekombinasiyanın yeni mexanizmini təklif etmişdir. Laylı quruluşa malik olan kristallarda keçiriciliyin anomal böyük anizotropluğunun səbəbini aydınlaşdırmış və yüksək optik həyəcanlaşma halında Anderson keçidinin yeni növünü müşahidə etmişdir. Müstəvi və həcmi qəfəslərdə Mott keçidinin kriteriyalarını müəyyən etmişdir. Sendviç fotorezistorlarda fotokeçiriciliyin gücləndirilməsi üçün yeni mexanizm təklif etmişdir.