Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Nuriyyə İsmayıl qızı Hüseynova — müğənni, muğam ifaçısı. Azərbaycan Respublikasının əməkdar artisti (2007). Azərbaycan MEA-nın Folklor İnstitutunun "Dədə Qorqud" ("İrs") ansamblının rəhbəri. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solisti.
Nuriyyə İsmayıl qızı Hüseynova 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur.
1983-1987-ci illərdə beynəlxalq müsabiqələrə qatılıb və dövlət konsertlərində uğurla çıxış etmişdir. 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasını (Bakı Musiqi Akademiyası muğam ixtisası üzrə təhsil alıb və eyni zamanda müəllim statusu veririlib. 1992-1993-cu illərdə Asəf Zeynallı adına Musiqi Kollecində, 1994-cu ildə Bakı Humanitar Kolleci (Bakı Mədəni-Maarif) Texnikumunda və 1995-ci ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində müəllimə çalışır. 1995-ci ildən bu günə kimi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solistidir. 2000-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir. 2014-cü ildən bu günə kimi Azərbaycan MEA-nın Folklor İnstitutunun "Dədə Qorqud" ("İrs") ansamblının rəhbəri çalışır.Nuriyyə Hüseynova ansamblın tərkibində bir çox dövlət tədbirlərində çıxış etmişdir. 2002-ci ildə Fransanın Paris və Strasburq şəhərlərində “UNESCO”-nun tədbirlərində konsert proqramı ilə Azərbaycan musiqi sənətini uğurla təmsil etmiş, ansamblın ifasında “UNESCO” tərəfindən kompakt-disk buraxılmışdır. O, ansambl ilə birgə 2005-ci ildə Düşənbədə keçirilən "Qəlblərin səsi" festivalında, İstanbul şəhərində "İslam ölkələrinin mədəniyyət həftəsi" çərçivəsində təşkil edilmiş mədəni proqramlarda yüksək səviyyədə çıxış etmişdir. 2018-ci ildə UNESCO-da Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (Türksoy) 25 illiyi ilə əlaqədar konsertdə çıxış edib. 2019-cu ildə İstanbulda keçirilən Azərbaycan Kültür Dərnəyinin yaranmasının 80 illiyi ilə əlaqədar konsertdə çıxış edib. 2019-cu ildə Türkiyənin Şanlıurfa şəhərində keçirilən "Müziğin İzinde 4 Kardeş Şehir" adlı konsertdə və Türkiyənin Camal Rəşid Rey adına İstanbul konsert salonunda konsertdə çıxış edib.Nuriyyə Hüseynova həmçini ABŞ-ın Çiqaqo və Miçiqan ştatlarında uğurlu solo konsertlər verib. 2016-cı ildə TÜRKSOY-un təşkil ediyi Türkəmistanın Marı şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı seçildiyinə görə konsertdə uğurlu çıxışına görə Türkmənistanın ölkə başçısı Qurbanqulu Berdiməhəmmədov tərəfindən xüsusi mükafatına layiq görülüb. 2014-cü ildən Türkiyənin Ankara şəhərinin Yunus Əmrə bələdiyyəsi ilə əməkdaşlıq edərək ənənəvi olaraq hər il keçirilən konsertlərdə çıxış edir. Nuriyyə Hüseynova 2002-ci ildən Türkiyə, İran, Rusiya,Dubay, Şarja, İordaniya, Küveyt, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Fransa, Almaniya, Rumıniya, Vyana, İsveçrə, Amerika, Kanada, Hindistan, Koreya və dünyanın əksər ölkələrində konsertlərdə Azərbaycan musiqisini uğurla təbliğ etmişdir. Nuriyyə Hüseynovanın həyat və yaradıcılığından bəhs edən Rasim Gəncəlinin "Qəlbi asiman kimi" və Teymur Bünyadovun "Sən olmasaydın" adlı kitablar çapdan çıxıb.
2007-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
2021-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb.