Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Əkrəm Əylisli 6 dekabr 1937-ci ildə Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olmuşdur.
Burada orta məktəbi qurtardıqdan sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir. M.Qorki adına Ədəbiyyat İnstitutunun nəsr şöbəsini bitirdikdən sonra Azərnəşrin tərcümə redaksiyasında redaktor (1965–1968), "Gənclik" nəşriyyatında baş redaktor (1968–1970), "Mozalan" satirik jurnalında baş redaktor (1970–1971) olmuşdur.
1974–1978-ci illərdə Azərbaycan Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin baş redaktoru işləmiş, sonra "Azərbaycan" jurnalının baş redaktoru kimi çalışmışdır (1978–1983). Azərbaycan Sovet Yazıçıları İttifaqının katibi (1987–1991), "Yazıçı" nəşriyyatının direktoru olmuşdur (1992-ci ildən). Gənc yazıçıların Moskvada keçirilən Ümumittifaq müşavirəsində (1962), Belorusiya, Moldova və Özbəkistanda sovet ədəbiyyatı günlərində və digər tədbirlərdə iştirak etmişdir (1968–1980).
"Ulduz" jurnalı redaksiya heyətinin üzvü (1967–1978), SSRİ Yazıçılar İttifaqı bədii şurasının üzvü (1968–1976) olmuşdur. SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin və Azərbaycan Yazıçılar İttifaqı rəyasət heyətinin, eyni zamanda "Azərbaycan" və "Drujba narodov" jurnalları redaksiya heyətlərinin üzvü seçilmişdir (1978–1990). Sovet yazıçılarının nümayəndə heyətinin tərkibində Macarıstan, Polşa və Şimali Yəməndə səfərdə, Əziz Nesinin şəxsi dəvətilə Türkiyədə olmuşdur.
Bədii yaradıcılığa şeirlə başlamış, lakin ilk mətbu hekayəsi "Qəşəm və onun kürəkəni"dir ("Azərbaycan" jurnalı, 1959, N 7). Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Özü də bədii tərcümələr edir, Vasili Şukşinin, Qabriel Qarsiya Markesin, V.Korolenkonun, İ.Turgenevin, Ç.Aytmatovun, H.Məlikin əsərlərini dilimizə çevirmişdir. Yaradıcılığında dram əsərlərı xüsusi yer tutur. "Quşu uçan budaqlar", "Mənim nəğməkar bibim", "Bağdada putyovka var", "Vəzifə", "Anamın pasportu", "Ata mülkü", "Bir cüt badmüşk ağacı", "Yastı təpə" pyesləri Bakı, Naxçıvan, Gəncə və İrəvan dram teatrlarında tamaşaya qoyulmuşdur. Ssenariləri əsasında "Gilas ağacı", "Ürək yaman şeydir", "Sürəyya" filmləri çəkilmişdir.
2005-ci ildə Azərbaycan Milli Məclisinə üzv seçilmişdir.