Gövhər Aslanxan

Gövhər Aslanxan

Şair

Aslanxan Gövhər (1847, Tivi, Ordubad rayonu – 1906, Tivi, Ordubad rayonu) — şair.

1847-ci ildə Ordubad rayonun Tivi kəndindən anadan olmuşdur. Nəsirov soyadlı yoxsullaşmış bəy ailəsində doğulmuş, əvvəlcə Məşədi Muxtar adlı ruhaninin yanında oxumuş, sonra isə Ordubadda mədrəsə təhsili almışdır. 1906-cı ildə Tivi kəndində vəfat etmişdir.

Bir müddət Ordubadda və Qarabağda müəllimlik etmişdir.

Gəncliyində Ordubadda Gövhər adlı qız aşiq olmuş və onun adını özünə təxəllüs götürmüşdür. Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən olmuş, əsasən, aşıq şeir tərzində yazmışdır. lirikasında əsasən, şairin şəxsən tanıdığı gözəllər (Mələk, Nərgiz və b.) realistcəsinə vəsf olunur. Yaradıcılığında ictimai mövzular da əhəmiyyətli yer tutut. Şair sosial ədalətsizliyi, yoxsullarına ağır güzəranını hakim təbəqələrin zülmünü təsvir və tənqid etmişdir. Şeirlərində bədbinlik, ümidsizlik, zəmanədən şikayət motivləri də öz əksini tapmışdır.