Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Telman Əsəd oğlu İbadov 18 sentyabr 1947, Ordubad rayonunda anadan olmuşdur.
Azərbaycanlı həkim, Naxçıvan Ali Məclisinin V və VI çağırış üzvü, Akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının hazırkı direktor müavini, keçmiş baş həkimi.
2016-cı ilin avqust ayının 6-da keçirilən əlavə seçkilərdə 3 792 (%79,6) səs alaraq 45 sayılı Aza seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olaraq Naxçıvan Ali Məclisinin V çağırış deputatı seçilmişdir. 2020-ci il fevralın 9-da baş tutan Naxçıvan Ali Məclisinə seçkilərdə 45 saylı Aza dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Telman İbadov Naxçıvan Ali Məclisinin VI çağırış deputatı seçildi. 2020-ci il fevralın 24-dən səlahiyyətlərinin icrasına başlayan Telman İbadov Ali Məclisi Sosial siyasət, elm, təhsil, idman və mədəniyyət məsələləri komitəsinin üzvü seçilmişdir.