Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Rzayev Xudu Əhəd oğlu 1962-ci il yanvar ayının 30–da Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Behrud kəndində anadan olub.
Kalinin adına Leninqrad Politexnik İnstitutununun mühəndis-tədqiqatçı və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Avrora” Elm İstehsalat Birliyində usta, növbə rəisi, sonra isə “20-ci Paralel” Müəssisəsində kommersiya direktoru işləyib. 1994-1996-cı illərdə “Şumer” Firmasında kommersiya direktoru olub.
1996-cı ildə “İlandağ-SA” Şirkətini, 2007-ci ildə “Baytaş-Bakı”, 2001-ci ildə “Qaranti İnşaat”, 2010-cu ildə “Dəniz” Uşaq Bağçasını və 2011-ci ildə “Evrika” Məktəb-Liseyini təsis edib.
2012-ci ildə firmaların faydalı iş əmsalını yüksəltmək üçün idarəetməni optimallaşdıraraq ümumi fəaliyyəti təmin edən yeni “Minera” MMC-ni təsis edib və müvafiq təsisatlar “Minera” Şirkətlər Qrupu brendi altında inkişaf etməyə başlayıb.
Hazırda "Minera" Şirkətlər Qrupunun rəhbəridir.
Tanınmış iş adamı olmaqla yanaşı, milli-mənəvi dəyərlərə sədaqəti, dövlətə və dövlət başçısına sadiqliyi, habelə xeyriyyəçilik əməlləri ilə sayılıb-seçilir.