Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Çingiz Rəhimov 1956-cı il yanvar ayının 6-da Bakı şəhərində həkim ailəsində anadan olub. Keçmiş Sovet İttifaqında öz ixtisası üzrə ən gənc tibb elmləri doktoru adını almış mütəxəssis.36 yaşında dissertasiya müdafiə edərək bu elmi dərəcəyə yiyələnmişdir.
Təyinatı üzrə Naxçıvan şəhərində cərrah stomatoloq işləmiş, o dövrdə dünyanın aparıcı onkoloji elmi mərkəzlərindən hesab olunan Ümumittifaq Onkoloji Elmi Mərkəzinin baş-boyun şişləri ixtisası üzrə aspiranturasına daxil olmuşdur. Aspiranturanı 1984-cü ildə müvəffəqiyyətlə bitirərək müdafiə etmiş və tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. O, elmi fəaliyyətini davam etdirmiş və 1992-ci ildə Moskva şəhərində doktorluq dissertasiyasını müdafiə etmiş və tibb elmləri doktoru alimlik dərəcəsini almışdır. Çingiz müəllimin rəhbərliyi altında 10 elmlər namizədi dərəcəsi müdafiə edilmişdir. Hal-hazırda da onun rəhbərliyi ilə kafedrada 5 tibb üzrə fəlsəfə doktoru və 1 tibb üzrə elmlər doktoru işi yerinə yetirilməkdədir. O, 39 il peşə, 37 il elmi-tədqiqat, 26 il pedaqoji təcrübəyə sahibdir. 120-dən çox elmi işin (onlardan 28-i PubMed-də dərc olunub) 3 monoqrafiyanın, 2 ixtiranın,4 texniki yeniliyin müəllifidir.
1992–1993 Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının humanitar siyasət şöbəsinin müdir müavini (səhiyyə və sosial problemləri əhatə edən sahə üzrə kurator). 1993–1998 Azərbaycan Respublikası Nazirlər Kabinetinin səhiyyə və sosial problemlər şöbəsinin müdiri. 1997–2000 BMT-nin narkotiklərlə mübarizə üzrə Azərbaycan Respublikasında yardım proqramının Milli Koordinatoru. 2011-bu günə qədər İxtisas üzrə Rezidentura Qəbul Proqramına və test bankına daxil olmuş testlər üzrə, həmçinin qapalı rejimdən sonra imtahanda istifadə olunmuş sual kitabçalalarında təqdim olunan testlərin ekspertizası üzrə məsul şəxs. 2017-ci ildən Azərbaycan üz-çənə cərrahları cəmiyyətin sədri.
1979–1981-ci illərdə Naxçıvan Muxtar Respublikasında ağız cərrah kimi sərbəst peşə fəaliyyətinə başlayıb. 1981–1984 Moskva şəhərində Ümumittifaq Onkologiya Mərkəzinin baş və boyun şişləri şöbəsində məqsədli aspirantura. 1986–1992 Moskva şəhərində Moskva Tibb Akademiyasının üz-çənə cərrahiyyəsi kafedrasında doktorantura. 1992-ci ildən bu günə kimi Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının professoru 1992–1993 Azərbaycan Respublikası Prezidentinin İcra Apparatının Humanitar siyasət şöbəsinin müdir müavini (səhiyyə və sosial problemləri əhatə edən sahə üzrə kurator). 1993–1998 Azərbaycan Respublikası Nazirlər Kabinetiinin Səhiyyə və sosial problemlər şöbəsinin müdiri. 1997–2000 BMT-nin Azərbaycan Respublikası üzrə Milli Əlaqələndiricisi. 2004–2015 Səhiyyə Nazirliyinin 1 saylı klinik Xəstəxanasının üz-çənə cərrahiyyə şöbəsinin müdiri. 2007, 2012 Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri vəzifəsinə seçilib
2019-cu ildə sosial şəbəkələrdə yayılan iddialara görə Çingiz Rəhimovun apardığı yanlış əməliyyat nəticəsində bir şəxsin üzü tanınmaz hala düşüb. Oxşar hallar bir neçə xəstədə rast gəlinmişdir. Çingiz Rəhimov isə öz növbəsində xəstədə vəziyyətin ağırlaşmasının səbəbini onkoloji xəstəliyin inkişafı və xəstənin həkim tövsiyələrini yerinə yetirməməsini göstərib