Cavad Abdinov

Cavad Abdinov

Akademik

Cavad Abdinov 1940-cı il yanvarın 5-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Behrud kəndində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib və AMEA Fizika İnstitutunda yarımkeçiricilər fizikası üzrə aspiranturaya daxil olub. Burada görkəmli alim akademik H.Abdullayevin elmi rəhbərliyi altında texnikada geniş tətbiq olunan selen yarımkeçiricisinin fiziki xassələrinin tədqiqi üzrə elmi-tədqiqat işləri aparıb və 1966-cı ildə "Oksigenin yüksək təmizlikli bərk və maye selenin fiziki xassələrinə təsirinin tədqiqi" mövzusunda namizdəlik dissertasiyasını müdafiə edib. C.Abdinov 1976-cı ildə "Selenin müxtəlif modifikasiyalarının strukturu və fiziki xassələri" mövzusunda doktorluq dissertasiyasını müdfiə edib. Cavad Abdinov 1984-cü ildə professor adını alıb.

Cavad Abdinovun əsas elmi fəaliyyəti elektron çevriciləri, xüsusilə temo və fotoelektrik çevriciləri üçün perspektiv yarımkeçirici material və strukturlarda elektron, fonon, optik və fiziki-kimyəvi proseslərin qanunauyğunluqları və mexanizmlərinin müəyyənləşdirilməsi, bu əsasda istehsalata yaralı yüksək effektivli materialların və onların tətbi ilə termoelektrik və fotoelektrik çevricilərinin işlənib tətbiq edilməsidir. O bu istiqamətdə elmi məktəb yaradıb. Professor respublikamızda və keçmiş ittifaqda ilk dəfə olaraq xüsusi təyinatlı yeni yarımkeçirici çevricilər istiqamətini - yerüstü və uçan qurğularda yerləşdirilən informasiyanın qəbulu və verilməsi optik sistemlərində geniş tətbiq olunan elektron soyuduculu, spektrin görünən, yaxın və uzaq infrqırmızı oblastında həssas çevricilər istiqamətini yaradıb. C.Abdinov slen, keçid elementlərinin xalkogenidləri, bismut tellurid, bismut-stibium, kadmium və civə tellurudləri, qurğuşun tellurid əsasında elektron texnikası üçün çox perspektivli materialların yaradılması, bu materialların fiziki xassələrinin kompleks tədqiqi və onlar əsasında yeni yarımkeçirici çevricilərin, habelə yarımkeçiricilərin və elektron cihazlarının diaqnostikası üçün yeni fiziki metodların işlənməsi və tətbiqi sahəsindəki işləri respublikada və xaricdə geniş tanınmışdır. onun selenin tədqiqi sahəsində aldığı nəticələr bu yarımkeçiricidə baş verən taraz və qeyri-taraz elektron hadisələrinin mexanizmini, onda müşahidə olunan "anormal" xassələrin səbəbini, fiziki xassələrdə aşqarların ve selenin polimer quruluşunun rolunu və s. izah etməyə imkan vermiş, selen əsasında çevricilərin əsas parametrlərinin yaxşılaşdırılmasına gətirmişdir. bu nəticələr selenə uyğun quruluşların da fiziki xassələrinin aydınlaşdırılmasında istifadə olunur. Müxtəlif termoelektrik materialların işlənməsi sahəsində aparılmış işlər yüksək effektivliyə malik termoelektriklərin yaradılmasına və snayedə tətbiqinə səbəb olmuşdur. Bu işlər ilk dəfə olaraq respublikamızda xüsusi təyinatlı elektron soyuduculu germetik fotoqəbguledicilərin istehsalına gətirib çıxarıb. C.Abdinov yeni infraqırmızı texnika cihazları və metodlarının fiziki əsaslarını işləmiş və onun bu işi müəlliflik şəhadətnaməsi və patentlə müdafiə olunmuşdur. Bu cihaz və metodlar yerüstü və uçan sistemlərdə yerləşdirilən optik sistemlərdə geniş tətbiq olunmuşdur. Onlardan özünü istiqamətləndirən hava mərmisnin istilik başlığı üçün kiçik ölçülü bir kaskadlı elektron soyuduculu bir elementli fotoqəbuledici, hərbi təyyarədə yerləşdirilən optik lazer nişanlama sistemi üçün ikikaskadlı elektron soyuduculu 8 elementli fotoqəbuledici, gəmi artileriya qurğusunda yerləşdirilən ikikaskadlı elektron soyuduculu 4 elementli fotoqəbuleidici, Yerin təbii sərvətlərini tədqiq edən kosmik aparatda yerləşdirilən üçkaskadlı termoelektrik soyuduculu 2 elementli fotoqəbuledici və s. göstərmək olar. Həmin fotoqəbuledicilər keçmiş ittifaqda seriya istehsal olunan bu tip ilk cihazlar olmuşdur.