Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Namiq Abbasov 22 fevral 1940-cı ildə Naxçıvan MSSR-nın Ordubad şəhərində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir.[1] Ailəlidir, 2 övladı var.
1962–1976-cı illərdə "Abşeron" qəzetində rəhbər vəzifədə çalışmışdır. 1970-ci ildən partiya işinə keçmiş, Abşeron Rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsində işləmişdir. 1977-ci ildən təhlükəsizlik orqanlarında fəaliyyətə başlamışdır. 1979-cu ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbini bitirmişdir. 1992-ci ilədək Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində şöbə rəisinin müavini, şöbə rəisi, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini kimi vəzifələrdə işləmişdir. 1992–1994-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini və birinci müavini olmuşdur. 1994-cü ilin oktyabr ayından 1995-ci ilin mart ayınadək Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri vəzifəsini icra etmişdir. 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik naziri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 may 1994-cü il tarixli Fərmanı ilə "general-mayor", 27 dekabr 1995-ci il tarixli Fərmanı ilə "general-leytenant", 15 yanvar 2002-ci il tarixli Fərmanı ilə "general-polkovnik" hərbi rütbələri verilmişdir. 2004–2012-ci illərdə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır.