Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Malik Rüstəm oğlu Mahmudov 1938-ci ildə noyabr ayinin 4-də Ordubad şəhərində fəhlə ailəsində anadan olmuş, erkən yaşlarında atasını itirmişdir. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində yeni açılmış ərəb şöbəsinə daxil olmuşdur. 1961-1962-ci illərdə Bağdad Universitetində təcrübə keçmiş 1962-ci ildə Malik Mahmudov ölkəmizdə ərəb ədəbiyyatı üzrə ilk qadın elmlər doktoru professor Aida İmanquliyeva, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Zakir Məmmədov, dosent Malik Qarayev kimi tanınmış şərqşünaslarla birlikdə ərəb şöbəsinin ilk məzunlarından olmuşdur. 1991-ci ildə Malik Mahmudov vəfat etmişdir.
İraqdan qayıtdıqdan sonra Malik müəllim Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna kiçik elmi işçi kimi qəbul olunmuşdur. O, ərəb ədəbiyyatında şərh janrının banilərindən sayılan, Bağdaddakı məşhur "Nizamiyyə" Universitetinin aparıcı müəllimlərindən dahi Azərbaycan alimi Xətib Təbrizinin (1030-1109) həyat və yaradıcılığını dərindən araşdırmışdır. 1967-ci ildə bu mövzuda namizədlik dissertasiyası müdafiə etmişdir. 1967-ci ildən 1972-ci ilədək Şərqşünaslıq institutunda ərəb ədəbiyyatı şöbəsinin müdiri işləmişdir. 1972-ci ildə Bakı Dövlət Universiteti şərqşünaslıq fakültəsinin yaxın şərq xalqları ədəbiyyatı kafedrasına baş müəllim kimi dəvət olunmuşdur. 1975-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək, professor, kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir. 1978-ci ildə Malik Mahmudov professor elmi adı almışdır Professor M.Mahmudovun Azərbaycan ədəbiyyatşünaslığına göstərdiyi xidmətlər əvəzsizdir. O, dünya şərqşünaslığında ilk dəfə olaraq, VII-XII əsrlərdə yaşamış ərəbdilli azərbaycanlı ədib və şairlərin həyat və yaradıcılığını hərtərəfli tədqiq etmiş, bununla da mədəniyyət tariximizdə az öyrənilmiş bir sahəni öz dəyərli əsərləri ilə zənginləşdirmişdir.