Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci ildə Ordubad rayonunun Kələki kəndində doğulmuşdur.
Şərqşünas-alim, dövlət və siyasi xadim, tarix elmləri namizədi. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir.
1962-1963-cü illərdə Elçibəy Moskva Hidrologiya İnstitutunun Bakı filialında tərcüməçi işləmişdir. 1963-1964-cü illərdə Misirdə Asuan bəndinin tikintisi zamanı tərcüməçi olmuşdur. 1965-1968-ci illərdə ADU-nun aspiranturasında oxumuş, 1968-1975-ci illərdə orada dərs demiş, 1975-ci ildə antisovet təbliğat aparması ilə əlaqədar Dövlət Təhlükəsilzik Komitəsi tərəfindən həbs olmuşdur. 1976-cı ildə həbsxanadan azad olunduqdan sonra bir müddət işsiz qalmışdır. 1977-1992-ci illərdə Azərbaycan EA-nın Əlyazmalar İnstitutunda kiçik, sonra böyük elmi işçi işləmişdir. Əbülfəz Əliyev tələbəlik illərindən sovet imperiyasına qarşı Azərbaycanın müstəqilliyi uğrunda barışmaz mübarizə aparmışdır. Elə buna görə də Azərbaycan gəncliyi arasında böyük populyarlığa malik olmuşdur. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi adlanan siyasi təşkilat yarandıqdan sonra onun sədri olmuşdur. 1992-ci ilin iyununda isə Azərbaycan Respublikasının prezidenti seçilmişdir.
Bir ildən sonra Gəncədə baş qaldıran qiyamdan sonra hakimiyyətdən uzaqlaşaraq doğulduğu Kələki kəndinə getmişdir. 1997-ci ildə Bakıya qayıtmış, ömrünün son illərində müxalifətdə olan Xalq Cəbhəsi partiyasına rəhbərlik etmişdir.
Əbülfəz Elçibəy 2000-ci il avqustun 22-də Ankarada vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur.