Qüdsi Vənəndi

Qüdsi Vənəndi

Şair

Mir Əbdürrəhim, Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi (1773, Ordubad – 1861, Ordubad) - azərbaycanlı şair. XIX əsrdə yaşamış Ordubad şairlərindən biridir.

Klassik poeziya və aşıq şeiri formalarında əsərlər Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən biri olmuşdur. Divanının 1863-cü ilə aid avtoqraf nüsxəsi Azərbaycan EA Əlyazmaları İnstitutunda saxlanılır. Əncüməni-şüəra məclisinin fəal üzvlərindən Salik Ordubadi haqqında ilk məlumata Məhəmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan" adlı təzkirəsində rast gəlirik. Məhəmmədəli Tərbiyət bu əsərində "Salik" təxəllüslü şairlər sırasında Salik Ordubadinin də adını çəkmiş və haqqında çox bəsit məlumat verərək yazmışdır: "Salik Ordubadi – hicri-qəməri XIII əsr (miladi XIX) söz ustalarındandır. Onun şeirləri Türk dilindədir M. Tərbiyət çox güman ki, Salikin əlyazma divanından xəbərsiz olduğundan onun əsərlərinin yalnız Türk dilində olduğunu söyləmişdir. Halbuki şairin əlimizdə olan divanı həcmcə çox geniş olub, həm Türk, həm cığatay, həm də fars və ərəb dillərindədir.

Bu divanı ilk dəfə Ordubadın tanınmış maarif xadimlərindən olan mərhum Əli Qənbərli tapmışdır. 25–30 il bundan öncə Ordubadın Xanəgah (indiki Xanağa) kəndindəki qədim müqəddəs pir uçmuş və oradan xeyli kitablar çıxmışdır. Əli Qənbərli ərəb əlifbasını bildiyi üçün həmin kəndə dəvət olunmuş və pirdəki kitabların içərisindən Salikin də divanını tapıb öz arxivində saxlamışdır. Bu divanın fotosurətini mən sonralar doktorluq mövzumla ("XIX əsr Ordubad ədəbi mühiti") əlaqədar olaraq çox çətinliklə əldə etmiş və çapa hazırlayıb Təbrizdə əski əlifba ilə nəşr etdirmişəm.1 Divanın fotosurətini mənə hörmətli alimlərimizdən olan mərhum Yolçu Piriyev vermişdir. Bu lütfkarlığına və xeyirxahlığına görə allahdan ona rəhmət diləyirəm. Məzarı nurla dolsun.

Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi Əncüməni-şüəra məclisinin fəal üzvlərindən və ilk rəhbərlərindən biridir.