Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
1936-cı il 21 yanvar tarixində Ordubad şəhərində anadan olmuşdur.
1967-ci ildə Keçmiş SSRİ Dövlət Tikinti Komitəsinin Beton və Dəmir-Beton Elmi-Tədqiqat İnstitutunun aspiranturasını bitirmiş; 1962–1963 və 1968–1971-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin tikinti və kommunal təsərrüfatı şöbəsində böyük referent; 1971–1976-cı illərdə Bakı Mərmər Məmulatları zavodunun direktoru; 1976–1979-cu illərdə Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini; 1979–1982-ci illərdə Naxçıvan MSSR Nazirlər Soveti sədri; 1982–1983-cü illərdə Azərbaycan Dövlət Qiymət Komitəsi sədrinin birinci müavini; 1983–1989-cu illərdə Azərbaycan KP İsmayıllı rayon komitəsinin birinci katibi; 1991–1999-cu illərdə Azərbaycan Respublikası sənaye tikinti materialları nazirinin birinci müavini və "Azərsənayetikinti" Dövlət Konserinin birinci vitse-prezidenti vəzifələrində çalışmışdır. Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru vəzifəsində çalışmışdır. İdarəçilik və təşkilatçılıq işi ilə yanaşı, elmi-pedoqoji fəaliyyəətdə göstərir. Üç monoqrafiyanın, üç dərsliyin, 90-dan çox elmi məqalənin, bir neçə ixtiranın müəlifidir. Bir sıra elmi-tədqiqat və tədris institutları elmi şuralarının üzvü, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində tikintinin təşkili və idarə olunması kafedrasının professorudur. Bir sıra mötəbər elmi-texniki konfrans, simpozium və seminarların təşkilatçısı və iştirakçısıdır. İmran Mehdiyev Almaniyanın bir çox universitetlərində məruzələr etmişdir.
Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin büro üzvü olmuş, Naxçıvan MSSR Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.