Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Əjdər Xanbabayev (1931, Ordubad, Naxçıvan MSSR – 30 may 1990, Bakı) - Azərbaycan jurnalisti. O, Azərbaycan SSR Mətbuat İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, "Azərnəşr" nəşriyyatının və "Yazıçı" nəşriyyatının direktoru olmuşdur. Xanbabayev SSRİ dövründə Heydər Əliyevi dəstəklədiyinə görə 1990-cı ildə Azərbaycan SSR DTK əməkdaşları tərəfindən öldürülmüşdür.
1990-cı ilin mayında Əjdər Xanbabayevin qətlini təşkil etməkdə ittiham olunmuşdur. Xanbabayev Bakıda, Azərbaycan Rus Dram Teatrının binası yaxınlığında şəxsi avtomobilində güllələnmişdi. İstintaqın məlumatına görə, zərərçəkmiş şəxs Azərbaycan KP MK-nın keçmiş birinci katibi Heydər Əliyevin tərəfdarlarından biri və onun respublikaya qayıtmasının təşkilatçılarından olmuşdur. Azərbaycan SSR hakimiyyət orqanları onun qayıdışını istəmirdilər və Xanbabayev Azərbaycan SSR DTK-nın operativ nəzarəti altında idi.
Azərbaycan Prokurorluğunun məlumatına görə, əməliyyat nəzarətinin təşkilatçıları DTK-nın 3 saylı idarəsinin rəisi, polkovnik-leytenant Vladimir Mirzoyev və Azərbaycan SSR DTK-nın 5-ci şöbəsinin rəisi, 3 saylı idarə rəisinin müavini, polkovnik-leytenant Sadıx Əliyev olmuşdur.
Cinayət işinin materiallarına görə, onlar DTK sədri Vaqif Hüseynovun birbaşa göstərişlərini yerinə yetirmişdir.