Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Musa İsmayıl oğlu Rüstəmov (d. 8.5. 1930, Ordubad ş.) - kimyaçı-texnoloq.
Texnika elmləri doktoru (1968), professor (1971), Azərbaycan Milli EA akademiki (1989; müxbir üzvü 1980). Azərbaycan Respublikası əməkdar elm xadimi (1979), Azərbaycan Respublikası Dövlət mükafatı laureatı (1982). Azərbaycan Sənaye İnstitutunu (indiki Neft Akademiyası) bitirmişdir (1952). Azərbaycan Neft Emalı Sənayesi Elmi-Tədqiqat İnstitutunda (indiki Azərbaycan Milli EA Y. H. Məmmədəliyev adına Neft Kimyası Prosesləri İnstitutu) müxtəlif vəzifələrdə işləmiş, direktor müavini (1968-ci ildən) olmuşdur;
1988-ci ildən İnstitutun direktorudur. M.Rüstəmov Azərbaycanda neft emalı və neft kimyası sahəsində elmi məktəbin yaradıcılarındandır. Elmi fəaliyyəti heterogen katalitiz texnologiyasında, neftin emalının rasional sxemlərinin işlənib hazırlanmasında, neft xammalının katalitik emalı üçün yeni texnoloji sistemlərin və katalizatorların yaradılması sahəsində geniş problemlər dairəsini əhatə edir. Onun rəhbərliyi ilə yüksək sıxımla izopentan və avtomobil benzininin yüksəkoktanlı izokom-ponentinin alınmasına imkan verən hidrokrekinq və destruktiv hidroizomerləşmə proseslərinin orijinal texnologiyası yaradılmış, bir çox şəhərlərdəki - Moskva, Bakı, Kazan, Pavlodar, Burqas (Bolqarıstan) və s. neft emalı zavodlarında tətbiq olunmuşdur. Hidrogen energetikası sahəsində tədqiqatların əsasını qoymuşdur.
Tədqiqatlarının nəticələri 500-ə yaxın elmi məqalədə, yüzdən çox müəlliflik şəhadətnaməsi və patentdə əksini tapmışdır. Beynəlxalq konqres və simpoziumlarda - Moskva (1968), London (1976), Praqa (1982), Buenes-Ayres (1990), Budapeşt (1991), Kioto (1994), Baltimor, Boston, Ştutqart (1996), San-Diyeqo (1997) və s. məruzələr etmişdir. Bakı Beynəlxalq neft-kimya konfranslarının (1994, 1996, 1998, 2000) təşkilatçısı olmuşdur. Elmi kadrlar hazırlanmasında xidməti var. Bir sıra beynəlxalq elmi şura və assosiasiyaların üzvüdür. "Neft kimyası və neft emalı prosesləri" jurnalının baş redaktorudur.
Musa Rüstəmov 2014-cü ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmişdir.