Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Fərhad Zeynalov 1929-cu ildə Ordubad şəhərində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirdikdən sonra Ordubad Şəhər Mədəniyyət Evində direktor işləmişdir. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində (1948-1953) və M. Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır (1953-1956).
Orada onun elmi rəhbəri məşhur türkoloq N. A. Baskakov olmuşdur. Fərhad Zeynalovun müdafiə etdiyi mövzu – "Nitq hissələrinin təsnifat prinsiptləri" – daha sonra da bir çox elmi tədqiqatlara başlanğıc vermişdir. 1956-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində işə başlamışdır. 1962-ci ildə bu universitetdə Ümumi dilçilik kafedrasının dosenti olmuşdur. Elə həmin universitetdə 1969-cu ildə Türkologiya kafedrasının yaradılması məhz onun adı ilə bağlıdır. O, həmin ildən etibarən bu kafedraya rəhbərlik etmişdir. 1956-cı ildə filologiya elmləri namizədi, 1966-cı ildə elmlər doktoru alimlik dərəcəsi almışdır. 1984-cü ildə vəfat etmiş və Ordubadda dəfn olunmuşdur.
Azərbaycanda türkolgiya məktəbinin yaradıcılarından olan Fərhad Zeynalov onun aktual problemlərinə, o cümlədən türk dillərində nitq hissələrinin təsnif prinsiplərinə, köməkçi nitq hissələrinə, türk dillərinin müqayisəli qrammatikasına, qədim türk yazılı abidələrinə dair tədqiqatların, 11 monoqrafiya, dərslik və tədris vəsaitinin müəllifidir. "Türkolgiyanın əsasları" (1981) adlı fundamental monoqrafiyasında o, türk dillərinin yeni təsnifini vermişdir. ADU-da türkoloji fənlərin və ixtisas kurslarının ("Türkologiyaya giriş", "Türk dillərinin müqayisəli qrammatikası", "Qədim türk yazılı abidələri") tədrisi, bu ixtisaslar üzrə tədris proqramlarının hazırlanması məhz onun adı ilə bağlıdır. Onun "Türkologiyanın əsasları" dərsliyi SSRİ miqyasında ilk belə təşəbbüs idi. Bu kitabın çapdan çıxması xeyli rezonans doğurdu, belə ki, o zamanlar türkologiya hələ təzə-təzə "antisovet" elmləri siyahısından çıxırdı.[4] Fərhad Zeynalov mətnşünaslıq sahəsində də çalışmış, S.Əlizadə ilə birlikdə "Kitabi-Dədə Qorqud" eposunun elmi-tənqidi mətnini geniş müqəddimə ilə tərtib etmişdir. "Kitabi-Dədə Qorqud və dünya şərqşünaslığı", "Dastani-Əhmədi Hərami – Azərbaycanın ən qədim ədəbi abidəsi", "Türk dillərində analitik yolla yaradılmış felin formaları" və s. elmi əsərləri türkologiyanın ən aktual problemlərinə toxunub. Ümumilikdə, 70-dən çox elmi əsərin, o cümlədən 20-yə yaxın monoqrafiyanın müəllifidir.
Əsərləri Türkiyə, Rusiya, Almaniya, Fransa və Macarıstanda çap olunmuşdur. Beynəlxalq elmi məclislərdə məruzələr etmişdir.