Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Əliqulu Ağalarov 1923-cü il mart ayının 23-də Ordubad şəhərində doğulmuşdur. Orta təhsilini Ordubad şəhərində almışdır. N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Bakı ŞHK-ndan orduya çağırılmışdır (1941). İkinci dünya müharibəsinin son günlərinədək hərbi təx. xəstəxanasında cərrahlıq etmiş, gənc tibb mütəxəssisi kimi təcrübə dərsi keçmiş, sənətini daha da kamilləşdirmişdir. Neçə-neçə döyüşçünü ölümün pəncəsindən alıb yenidən döyüşən orduya göndərmiş, faşizm üzərində qabaqcıl bəşəriyyətin tarixi Qələbəsini öz xeyirxah nəcib işi ilə yaxınlaşdırmağa çalışmışdır. Ağalarov bu Qələbəni Avstriyanın paytaxtı Vyana şəhərində cərrahiyyə vzvodunun komandiri kimi tibb xidməti podpolkovniki (1945) rütbəsində qarşılaşmışdır. Ordudan tərxis olunduqdan sonra keçmiş Azərbaycan SSR EA Eksperimental Tibb İnstitutunun kiçik elmi əməkdaşı N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun təxliyyə cərrahiyyəsi kafedrasının assistenti olmuşdur. Ağalarov 1954-cü ildə qastroenterologiya sahəsində tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. Mədə-bağırsaq cərrahiyyəsi üzrə ixtisaslaşma niyyətində olan Ağalarov qardaşı İsrafilin qəflətən beyin xərçəngi xəstəliyindən ölümündən sonra düz 13 il ərzində ixtisasını dəyişərək "Böyük beyin qatındakı şişlərin götürülməsindən sonra beyinin sağalma histologiyası" mövzusunda doktorluq dissertasiyasını da Moskva şəhərində müvəffəqiyyətlə müdafiə etmişdir. Onun elmi rəhbərləri keçmiş SSRİ TEA-nın görkəmli alimlərindən akademiklər B. Y.Yeqorov (eynisoyadlı kosmonavtın atası) və A.P.Avtsın Ağalarovun bu çox önəmli tədqiqat işindən rəğbətlə təcrübi və elmi əsaslarla ümumittifaq mərkəzi qəzetlərdə dərc etdirdikləri sanballı məqalələr müvafiq tibb müəssisələri rəhbərlərinin diqqətini cəlb etmiş və Ağalarov öz institut və klinikalarında müdafiə etdiyi çox aktual və önəmli bu mövzu ilə birbaşa bilavasitə bağlı vəzifələrə irəli çəkmişlər. Beləliklə də, doktorluq dissertasiyasını uğurla başa vuran Ağalarov bir müddət Moskva şəhərində keçmiş SSRİ Tibb Elmləri Akademiyası (TEA) Neyrocərrahiyyə İnstitutunda və Burdenko adına Neyrocərrahiyyə Klinikasında işləmişdir. 1971-ci ildə keçmiş Azərbaycan SSR-də tibbin səhiyyənin müasir tələblərlə yenidən qurulmasında əvəzsiz xidmətləri olan Azərbaycan hökumət başçısı H. Ə. Əliyevin şəxsi təşəbbüsü və dəvəti ilə Ağalarov respublikaya qayıtmışdı. 1971-ci ildən ömrünün son günlərinədək N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun neyrocərrahiyyə kafedrasının müdiri kimi coşqun fəaliyyət göstərmiş neçə-neçə elmi kadrlar yetişdirmişdir. Azərbaycan Respublikasında Zaqafqaziyada ilk dəfə olaraq Ağalarovun sönməz enerjisi və səyləri sayəsində neyrocərrahiyyə mərkəzi yaradılmışdı. Ağalarov Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin neyrocərrahiyyə üzrə baş mütəxəssisi, keçmiş SSRİ-nin Ümumittifaq Neyrocərrahiyyə İdarəsinin aparıcı mütəxəssislərindən biri, idarə heyətinin üzvü kimi respublikamızı və sovet elmini ümumittifaq və beynəlxalq simpoziumlarda və konfraslarda ləyaqətlə təmsil etmişdir.