Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Məmmədəliyev Həbib Mehdi oğlu 1912-ci il martın 29-da Ordubad şəhərində anadan olmuşdur. Yusif Məmmədəliyevin qardaşı oğludur. Şərqşünas Vasim Məmmədəliyevin qohumudur. Böyük Vətən Müharibəsinin (1941-1945) iştirakçısıdır. 1937-ci ildə Azərbaycan Sənaye İnstitutunu muhəndis-kimyaçı texnoloq ixtisası üzrə bitirmişdir.
İkinci Dünya Müharibəsi illərində H.Məmmədəliyev ordu sıralarında iştirak etmiş və hərbi texnikanın yanacaq və sürtkü materialları ilə təmin edilməsi üzərində elmi tədqiqat işləri aparmışdır. 1945-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1955-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1956-cı ildə professor elmi adını almış, 1967-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir. Azərbaycan SSR EA-nın Neft İnstitutunun laboratoriya müdiri (1945-1955), SSRİ EA-nın Neft İnstitutunda boyük elmi işçi, qrup rəhbəri (1955-1961), SSRİ EA Neft-Kimya Sintezi İnstitutunda Aromatik monomerlər laboratoriyasının rəhbəri işləmişdir (1961- 1975). Əsas elmi istiqaməti aromatik karbohidrogenlərin alkilləşdirilməsi, dealkilləşdirilməsi və izomerlərə çevrilməsi reaksiyalarına həsr edilmişdir. H.Məmmədəliyev əməkdaşları ilə birlikdə fenolların alümosilikat və turşu katalizatorları üzərində aklilləşmə və arilalkilləşmə reaksiyalarını ətraflı tədqiq edərək, əsas və əlavə reaksiyaların ümumi sxemlərini müəyyənləşdirmiş və onların kinetik qanunauyğunluqlarını aşkara çıxarmışdır. Rəhbərliyi ilə işlənib hazırlanmış katalitik riforminq prosesi piroliz qurğularında aromatik karbohidrogen istehsalını 1,5-2 dəfə artırmağa imkan vermişdir. Tərəfindən neft və yanar şistlərin pirolizindən alınan maye karbohidrogen tərkibi öyrənilmiş və sənaye miqyasında sənaye neft məhsulları olan stirol və inden fraksiyasının ayrılma prosesi işlənib hazırlanmışdır. Rəhbərliyi ilə 15 fəlsəfə doktoru hazırlanmışdır. 180 elmi əsərin, o cümlədən 13 müəlliflik şəhadətnaməsi və 1 monoqrafiyanın müəllifidir.