Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Əkbər Qurban oğlu Əkbərov (Əkbər Məftun) 1912-ci il aprel ayının 15-də Naxçıvanın Ordubad şəhərində anadan olmuşdur. O, 1921-1926-cı illərdə Naxçıvan şəhərində beş sinifli ibtidai məktəbdə təhsil almış, sonra 1926-1930-cu illərdə pedaqoji texnikumu bitirmişdir.
Əmək fəaliyyəti
Redaktə Əkbər Məftun 1930-1934-cü illərdə Nehrəm, Dırnıs, Əndəmic kəndlərində müəllim işləmişdir. 1934-1938-ci illərdə o, Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil almışdır. Bu illərdə Ə.Məftun eyni zamanda "Pioner" jurnalı redaksiyasında Bədii şöbə müdiri, "Azərbaycan pioneri" qəzeti və "Müəllimə kömək" jurnalı redaksiyasında ədəbi işçi, 1935-1941-ci illərdə Bakının 3 (6) nömrəli məktəbində müəllim işləmişdir. O, İkinci Dünya müharibəsinin ilk günlərindən sovet ordusu tərkibində Kerç uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmış, 1941-1942-ci illərdə Hərbi xəstəxanada müalicədən sonra tərxis olunmuşdur. Əkbər Məftun sonralar Ordubad şəhər yeddiillik məktəbində müdir, orta məktəbdə müəllim, eyni zamanda "Ordubad işçisi" (indiki "Yeni Ordubad") qəzeti redaksiyasında məsul katib, redaktor, radio verilişləri qovşağında diktor, məsul katib, 1943-1954-cü illərdə M.S.Ordubadi adına şəhər Dövlət Dram Teatrında müvəqqəti müdir kimi çalışmışdır. Ordubad şəhər orta məktəbində ilk partiya təşkilatının katibi olmuş, 1953-cü ildə Ordubad rayon xalq Sovetinə deputat seçilmişdir. 1954-1959-cu illərdə o, S.Vurğun adına Ordubad orta məktəbində müdir işləmişdir. Sonra ailəliklə Bakıya köçmüşlər. Burada Azərbaycan Dövlət Universitetinin nəşriyyatında baş redaktor, "Maarif" nəşriyyatında baş redaktor işləmişdir. Əkbər Məftun 1968-ci ildə "M.S.Ordubadinin poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1969-1985-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində dosent işləmiş, 1985-ci ildə təqaüdə çıxmış və Ordubada köçmüşdür.
Ədəbi fəaliyyəti
Redaktə Əkbər Məftun ədəbi fəaliyyətə "Təyyarəçi" adlı ilk şeiri ilə başlamışdır. Bu şeir 1935-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunmuşdur. 1937-ci ildə ilk "Kiçik heykəltəraş" şeirlər kitabı çapdan cıxmışdır. Məftun 1943-cü ildən Yazıçılar Birliyinin üzvü seçilmişdir. Bundan sonra "Mənim baharım" (1972), "Şəfa bulağı" (1980) şeir topluları çap olunmuşdur. 1987-ci ildə "M.S.Ordubadi" adlı monoqrafiyası nəşr olunmuşdur. Əkbər Məftun dövri mətbuatda da müntəzəm çıxış etmişdir. "Vətən qızı" (1940), "Sevənlər" (1943), "Nəsimi" (1946), "Saray", "Şahin" və s. pyesləri qələmə almışdır.