Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Müzəffər Heydər oğlu Abutalıbov (14.12.1908, Ordubad şəhəri - 8.11.1984, Bakı) - bitki fiziologiyası sahəsində ilk Azərbaycan elmlər doktoru (1944), professor (1950), Azərbaycan Milli EA-nın akademiki (1968; müxbir üzvü 1960). Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsini bitirmişdir (1930). Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Kənd Təsərrüfatı Akademiyası) və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) dosenti, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun baş elmi işçisi, SSRİ EA-nın Azərbaycan Filialı Botanika İnstitutunun şöbə müdiri və direktor müavini (1935-47), Azərbaycan Dövlət Universiteti bitki fiziologiyası kafedrasının müdiri (1949-59),
Azərbaycan Milli EA-nın Genetika və Seleksiya İnstitutunun (1960-62), Botanika İnstitutunun (1947-49; 1962-78) direktoru vəzifələrində çalışmış, 1978-1984-cü illərdə Botanika İnstitutunda özünün yaratdığı bitki fiziologiyası şöbəsinə rəhbərlik etmişdir.
Tədqiqatları, əsasən, pambıq, kartof və digər kənd təsərrüfat bitkilərinin məhsuldarlığının artırılmasına, onların mikroelementlərlə qidalandırılmasının nəzəri və əməli problemlərinin öyrənilməsinə, o cümlədən mikroelementlərin azotobakterinin inkişafına və torpağın azot-mənimsəyən mikroorqanizmlərinin fəaliyyətinə təsirinə, mineral maddələrin bitkilərə daxil olmasına, orqanizmdə hərəkətinə və hüceyrələrdə paylanmasına və s. həsr olunmuşdur. Bir neçə monoqrafiya və ali məktəb dərsliyinin, 220-dən çox elmi məqalənin müəllifidir. Elmi məclislərdə, o cümlədən beynəlxalq biokimya (1961), botanika (1969), biofizika (1973) konqreslərində məruzələr etmişdir. Bir sıra elmi şura və cəmiyyətlərin üzvü olmuşdur. Elmi kadrlar hazırlanmasında xidməti vardır.
Fəxri Xiyabanda dəfn olunmuşdur