Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci ildə Ordubad şəhərində doğulmuşdur.
Kimya elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki, SSRİ EA-nın müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı olmuşdur. 1926-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir.
Ali məktəbi bitirdikdən sonra Y. Məmmədəliyev Gəncə Pedaqoji Texnikumunda və İrəvan Pedaqoji İnstitutunda müəllim işləmişdir. 1932-33-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda, 1933-45-ci illərdə Elmi-Tədqiqat Neftayırma İnstitutunda işləmişdir. 1945-51-ci illərdə bu institutun direktoru olmuşdur. 1951-54-cü illərdə Y. Məmmədəliyev Azərbaycan EA-nın fizika, kimya və neft bölməsinin elmi katibi olmuşdur. 1954-58-ci illərdə ADU-nun rektoru, 1958-61-ci illərdə Azərbaycan EA-nın prezidenti olur. Onun elmi işləri əsasən kimya, neft və təbii qazın emalına, problemlərinə həsr olunmuşdur. O, reaktiv mühərriklər üçün yeni növ yanacaq yaratmışdır. "Azərbaycanın təbii qazı və onun kimyada tətbiqi", "Alkilləşdirmə və dealkelləşdirmə yolu ilə aromatik karbohidratlardan toluolun sintezi", "Azərbaycanda elmin inkişafı" və bir sıra elmi əsrlərin müəllifidir.
Yusif Heydər oğlu Məmmədəliyev Azərbaycan və SSRİ Ali Sovetlərinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur. 1961-ci ildə Bakıda vəfat etmişdir. Azərbaycan EA-nın elmi-tədqiqat Neft-Kimya Prosesləri İnstitutu, Ordubad ipəkçilik kombinatı, Bakı küçələrindən biri onun adını daşıyır.
Azərbaycanın paytaxtı Bakıda və Ordubadda ona abidə qoyulmuş, Ordubad şəhərində Ev muzeyi açılmışdır.