Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Şirəli Məmmədov Nəsirzadə (25.12.1904, Ordubad rayonunun Dəstə kəndi - 1984, Bakı) - mədən işləri sahəsində alim.
Texnika üzrə elmlər doktoru (1948), professor (1948), Azərbaycan Milli EA akademiki (1968; müxbir üzvü, 1959). Moskva Dağ-Mədən Akademiyasını bitirmişdir (1930). Maqnitoqorsk mədənlər idarəsinin əsaslı tikinti şöbəsinə rəhbərlik etmiş (1932-33), "Soyuzmışyak"m Culfa mərgümüş kombinatının rəisi vəzifəsində çalışmışdır (1934-36). 1938-39 illərdə Moskva Dağ-Mədən İnstitutunda dosent və filiz yataqlarının işlənilməsi kafedrasının müdiri işləmişdir. Böyük Vətən müharibəsi (1941-45) illərində Naxçıvan duz mədəninin baş mühəndisi və direktoru, Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin ikinci katibi (1944-45) olmuş, 1950-53-ci illərdə Daşkəsən dağ-mədən kompleksinin tikintisinə rəhbərlik etmişdir. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geofizika kafedrasının müdiri, elmi işlər üzrə prorektoru (1948-50; 1953-59), Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri (1959-61) işləmiş, Azərbaycan Milli EA Geologiya İnstitutunda mədən işləri bölməsinə rəhbərlik etmişdir (1958-ci ildən ömrünün sonunadək). Elmi tədqiqatları filiz yataqlarının yeraltı və açıq üsullarla işlənilməsi sistemlərinin və texnologiyasının təkmilləşdirilməsi məsələlərinin həllinə həsr edilmişdir. 169 elmi əsərin, o cümlədən 13 monoqrafiyanın, 5 dərslik və dərs vəsaitinin müəllifidir. Elmi kadrların hazırlanmasında xidməti vardır.
Azərbaycan SSR Ali Sovetinin (3-cü çağırış) deputatı olmuşdur.
"Qırmızı Əmək Bayrağı" ordeni və medallarla təltif edilmişdir.